Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Maaşlar növbəti ildən artacaq? - AÇIQLAMA

Tarix 24.09.25, 16:36

Font ölçüsü : - / +
bitmap-img6


"Minimum əmək haqqı ölkə başçısı tərəfindən imzalanan sərəncamla müəyyənləşir və ya dəyişir. 2025-ci ildə biz minimum əmək haqqının artmasını müşahidə etdik. Hazırda minimum əmək haqqı 400 manatdır və 2025-ci il minimum əmək haqqının artırılması ilə yadda qalıb".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, əmək haqqı artımları birbaşa dövlət başçısının imzaladığı sənədlər əsasında reallaşır:

"Təbii ki, özəl sektorda isə əmək haqqı artımları ilə bağlı özləri qərar verirlər. Amma sosial yardımda artımların olacağı gözlənilir. Gözlənti ondan ibarətdir ki, yaşayış minimumu artacaq, o cümlədən ehtiyac meyarında da artımın olacağı istisna deyil.

Sosial yardımlar məhz bu iki meyara əsasən dəyişir. Həmin meyarlar artan zaman minimum əmək haqqı və ya həmin vətəndaşımızın aldığı maaş dəyişmədiyi halda belə sosial yardım məbləğində artım müşahidə olunur.

Fikrimcə, həm yaşayış minimumu, həm ehtiyac meyarında artımların reallaşması halında növbəti ildən etibarən sosial yardımlarda və, sosial yardım məbləğlərində artımları müşahidə edəcək".



Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap