Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Azərbaycanda vergi güzəştləri uzadılacaq? - AÇIQLAMA

Tarix 24.09.25, 13:21

Font ölçüsü : - / +
bitmap-img6


2026‑cı ilin 1 yanvarından etibarən Azərbaycanda özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti başa çatacaq. Gələn ilin dövlət büdcəsi gəlirlərinin 2 milyard 567 milyon manatı fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu baxımdan, 7 ildir tətbiq edilən güzəştin artırılmayacağı ehtimal olunur.

Güzəştlərə əsasən, hazırda özəl sektorda 8000 manatdan yuxarı olan maaşdan 14% vergi tutulur. Güzəştlər ləğv edilərsə, maaşın 2500 manatadək hissəsindən 14%, ondan çox olan hissəsindən isə 25% vergi tutulacaq. 

Bəs görəsən, özəl sektorda gəlir vergisinə tətbiq olunan güzəştin müddəti artırılacaq?

Deputat Vüqar Bayramov bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, 7 il müddətinə fiziki şəxslər gəlir vergisindən azad olunublar.

O xatırladıb ki, bu güzəşt müddəti gələn il yanvarın 1-də başa çatır: "Bu güzəşt özəl və qeyri-neft sektorunda çalışan vətəndaşlarımıza şamil olunurdu. Yəni, 14 və 25 faizlik gəlir vergisi ödəmirdilər. Onların əməkhaqqı vergidən azad idi. Yeddinci ildir ki, özəl sektorda çalışanlar əməkhaqqılarından gəlir vergisi vermirlər. Təklifimiz ondan ibarətdir ki, bu güzəşt müddəti uzadılsın. Güzəşt artırılmayacağı halda kiçik faiz tətbiq oluna bilər. Məsələn, 2% vergi tətbiq olunsun ki, sahibkar və vətəndaşın əməkhaqqısı üçün ciddi əlavə xərc yaratmasın. Qanunvericiliyə əsasən, güzəştdən əvvəl 14 və 25 faizlik vergi dərəcələrindən söhbət gedirdi. Bu, əmək müqaviləsi ilə çalışan bütün vətəndaşlarımızı əhatə edir. Növbəti il də güzəşt müddətinin uzadılması yaxşı olardı. Bu, vətəndaşların real əməkhaqqılarının qorunub-saxlanmasına imkan yaradacaq".



Xəbərin oxunma sayı : 577




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap