Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Gədəbəydə müəllimləri daşıyan mikroavtobus aşdı: 20-yə yaxın yaralı var

Tarix 24.09.25, 9:43

Font ölçüsü : - / +
bitmap-img6


Gədəbəyin Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobili toqquşub.

Hadisə zamanı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Qəzada 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Mikroavtobusun Gəncədən Gədəbəyə gedən müəllimləri daşıdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə nəticəsində Maarif kənd sakini Natiq Əliyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobil 1986-cı il təvəlüdlü Pərviz Quliyevin sükanı arxasında olduğu “Mercedes” markalı sənirnişindaşıyan mikroavtobusla toqquşub.

Qəzada yaralanan bir neçə şəxsin kimliyi məlum olub:

1. Məryəm Babayeva

2. İlahə Əliyeva

3. Xədicə Baxşəliyeva

4. Nailə Məmmədova

5. İlahə Tağıyeva

6. Ulduz Babayeva

7. İmarət İsgəndərova

8. Türkan Məcidli

9. Əfsanə Kazımova

10. Səbinə Əliyeva

11. Nərmin Məhərrəmqızı

12. Bəhruz Bayramov

13. Emilya Vəliyeva

14. Pərviz Quliyev (sürücü)

***

Baş DYP İdarəsi hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, bu gün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.

Hadisə yerinə dərhal YPX əməkdaşları cəlb edilərək lazımi təhlükəsizlik tədbirləri görülmüşdür. Qəza nəticəsində avtobusda olan sərnişinlərdən üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Digər sərnişinlərə isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar: “Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, sükan arxasında diqqətsizlik və yol hərəkəti qaydalarının pozulması ağır nəticələrə gətirib çıxarır. Hər kəsdən qaydalara ciddi riayət olunması tələb olunur”.



Xəbərin oxunma sayı : 565




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap