Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

DİN-dən əməliyyat: 30 kq-dan artıq narkotik ələ keçirilib

Tarix 23.09.25, 12:23

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

AzFakt.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi məlumat yayıb.

Vurğulanıb ki, Qaradağ və Cəlilabad rayonlarında keçirilən tədbirlər zamanı cinayət əməlini törətməkdə şübhəli bilinən İlkin Səyidli və Cavidan Həsənzadə saxlanılıblar.

Bildirilib ki, onlardan ümumilikdə 30 kiloqram 590 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

İ.Səyidli və C.Həsənzadənin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotik vasitələri təyin edilən ünvanlardan götürdükləri və satış məqsədi ilə razılaşdırılan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub. Həmçinin C.Həsənzadə diqqətdən yayınmaq və yük avtomobili sürücüsü görüntüsü yaratmaq məqsədi ilə məhz idarə etdiyi çoxtonnajlı nəqliyyat vasitəsində narkotiklərin daşınmasını təşkil edib.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Xəbərin oxunma sayı : 598




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap