Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Son 6 ildə restoranlarda nə qədər xərcləmişik? - CƏDVƏL

Tarix 25.09.25, 15:08

Font ölçüsü : - / +
bitmap-img6


İnsanların ən çox xərc çəkdiyi məkanlardan biri də ictimai iaşə obyektləridir. Son illərdə bu sahə üzrə artan rəqəmlər də buna sübutdur.

Belə ki, Bakı şəhər statistika idarəsinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 176 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 209,1 milyon manat və ya 21,62% çoxdur.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə iaşə dövriyyəsi 966,9 milyon manat olub. 2023-cü illə müqayisədə ötən ilin eyni dövründə 94,1 milyon manat və ya 10,78% artım olub.

2023-cü ildə isə bu rəqəm 872,8 milyon manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə artım 267,4 milyon manat və ya 44,16% olub.

2022-ci ildə ictimai iaşə dövriyyəsi 605,4 milyon manat təşkil edib. 2021-ci il üzrə isə statistik göstərici qeydə alınmayıb. Pandemiyanın ən təsirli dövrü olan 2020-ci ildə iaşə dövriyyəsi cəmi 288,4 milyon manat təşkil edib ki, bu da 2019-cu ildə qeydə alınan 668,7 milyon manat göstəricidən 380,3 milyon manat və ya 56,87% azdır.

Beləliklə, son illərin rəqəmləri göstərir ki, pandemiya sonrası dövrdə Bakı şəhərində ictimai iaşə sektoru sürətli bərpa və artım mərhələsinə qədəm qoyub.






Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap