Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Ukrayna cəbhəsində hər iki tərəfin dalana dirənib“ - Dmitri Roqozin

Tarix 23.09.25, 14:07

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyalı senator Dmitri Roqozin Ukrayna cəbhəsində hər iki tərəfin dalana dirəndiyini açıqlayıb. APA-nın Moskva bürosu xəbər verir ki, Roqozinin açıqlamasını "ЕЖ lab" teleqram kanalı məlumat yayıb.

Roqozin hesab edir ki, Ukrayna və Rusiya orduları qüvvə və texnika baxımından paritetə çatıb və cəbhədə irəliləyiş faktiki olaraq mümkünsüz olub, cəbhə xəttinin 20 kilometrliyində istənilən texnika və piyadalar məhv edilir.

Rusiyalı senator bütün müharibənin əsasən taktiki səviyyədə aparıldığını, hər iki tərəfən tamamilə minalanmış çöldə eyni yaşda olan kişilərdən ibarət 3-5 nəfərdən ibarət hücum qruplarının əməliyyat həyata keçirdiyini, hər tərəfdə PUA-ların vızıldadığını, həmin qrupların zirehlərlə, pulemyotlarla PUA-lara atəş açmağa çalışdığını söyləyib. Onun fikrincə, nəyinki harasa hücuma keçməyə, heç yerindən tərpənmək mümkün deyil.

Roqozin vurğulayıb ki, təmas xəttinin 20 kilometrliyindəki istənilən hərbi texnika həm Rusiya, həm də Ukrayna ordusu tərəfindən qarşılıqlı olaraq dərhal məhv edilir.

"Bu dalandır, mövqe müharibəsinin problemidir. Yəni, texnika, təlim, hətta motivasiya baxımından qüvvələr təxminən bərabərdir", - rusiyalı senator deyib.

O, Dnepr çayının da daxil olduğu Xerson vilayətini xüsusi qeyd edib. Roqozinin sözlərinə görə, hər iki tərəf çay sahilinə yaxınlaşan kimi düşməni məhv edir və belə şəraitdə Dnepri keçməkdən söhbət gedə bilməz.



Xəbərin oxunma sayı : 703




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap