| |
|
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
“Normand dördlüyü”: Paris görüşünün qalibi kimdir?
Tarix 19.12.19, 14:40 |
|
Fransanın paytaxtında Ukraynadakı münaqişənin həlli yollarının müzakirə edilməsini ekspertlər birmənalı müsbət hal sayırlar. Uzun sürən fasilədən sonra müzakirələr formatının yenidən bərpa olunması irəliyə doğru atılan addım kimi qiymətləndirilir. “Dördlük” ölkələrinin (Rusiya, Fransa, Almaniya, Ukrayna) sammitindən sonra Ukrayna və Rusiya prezidentləri üzbəüz görüşüblər.
Onların təkbətək görüşü bir neçə dəqiqə çəksə də, maraqlı nəticələrlə yadda qalıb. Müəyyən məsələlərdə razılıq əldə edilib. Bu isə onu göstərir ki, əgər tərəflər daha çox danışsalar, razılıqların sayı və miqyası da arta bilər. Bundan başqa, ekspertlərin rəyinə görə, Ukrayna bu görüşdən məğlub ayrılmayıb. Kiyev bir çox məsələlərdə öz marağına uyğun razılığa gəlinməsinə nail olub. Paralel olaraq, separatçı rejimlərlə bir masa arxasında oturmayacağına görüş iştirakçılarını inandırıb.
Bundan başqa, bir sıra istiqamətlərdə, məsələn, atəşkəsin təmin edilməsi və əsirlərin dəyişdirliməsində Rusiya ilə Ukrayna razılığa gəliblər. Bütün bunların fonunda “Normand formatı” liderlərinin Paris görüşünün qlobal geosiyasət aspektində analizinə ehtiyac duyulur.
Dialoqa doğru: Moskva-Kiyev xəttində yeni məqam
Ukraynada münaqişənin həll edilməsinin Avropa və Rusiya üçün nə qədər önəmli olduğunu sübut etməyə ehtiyac yoxdur. Artıq 5 ildir ki, Ukraynanın şərqində qan tökülür. Milyonlarla insan evindən didərgin düşüb. 2,5 milyon insan vətənini tərk edib, yerdə qalan 2,5 milyon isə həm səfil gündədir, həm də hər gün həyatları təhlükə altına düşür. Ukrayna isə bir dövlət olaraq özünü səfərbər edə bilmir. Krım və Donbas məsələlərinin həll edilməməsi onun geosiyasi mövqeyinə ciddi zərbə vurmaqla yanaşı, iqtisadiyyatı da bataqlığa sürükləyir, təhlükəsizliklə bağlı qayğılar yaradır.
Bütün bunlara görədir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya dövlət başçısı ilə dialoq axtarışları maraqla qarşılanmışdı. Lakin Ukraynada siyasi qüvvələrin heç də hamısı prezidentin bu təşəbbüsünə müsbət yanaşmır. Bir sıra dairələr V.Zelenskinin ölkənin maraqlarını “satacağından” bəhs edirlər.
Hətta Parisdə “Normand dördlüyü”nün görüşü keçirilərkən Kiyevdə və bir sıra başqa şəhərlərdə etiraz nümayişləri təşkil etdilər. İnsanları meydanlara toplayıb, V.Zelenskiyə qarşı şüarlar səsləndirdilər. Ekspertlər hətta hesab edirdilər ki, bu proses böyüyüb davamlı hərəkata çevriləcək. Lakin maraqlı hadisə baş verdi: nümayişləri təşkilatçılar dayandırdılar! Onlar V.Zelenskinin xəyanət etmədiyini bəyan etdilər. Eyni zamanda, nəzarəti əldən verməyəcəklərini də ifadə etdilər.
Hər nə desələr də, aydın görünür ki, V.Zelenski bu mərhələdə uğur əldə etdi. Ən azı, daxildəki siyasi qüvvələr onun “xəyanətkar” olduğunu sübut edə bilmədilər. Ekspertlər hesab edirlər ki, əslində, Paris danışıqlarında da Ukrayna prezidenti uduzmadı. O, Vladimir Putinlə danışıqlardan qalib də olmasa, ləyaqətlə çıxdı. Bəs faktlar nə deyir?
Ekspertlər hər şeydən öncə onu vurğulayırlar ki, V.Zelenski separatçı rejimlərlə bir masa arxasında oturmayacağını bəyan edib. Bundan başqa, əsirlərin dəyişdirilməsi və üç məntəqədə orduların bir-birindən aralanması haqqında razılıq əldə olunub. Əlavə olaraq, Rusiya prezidenti bəyan edib ki, Ukrayna istehsalçıları üçün qazın qiymətində 25 faiz endirim edə bilər. Şərt ondan ibarətdir ki, Ukrayna Rusiya ilə birgə işləməyə qərar versin. V.Zelenski isə Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin davam etdirilməsinə razılıq verib. Bununla sanki danışıqlarda ciddi nəticələr əldə edildiyi təəssüratı yaranır.
Ancaq danışıqlara daha geniş aspektdə nəzər saldıqda, mənzərənin xeyli fərqli olduğunu görürük. Öncə onu vurğulayaq ki, Emmanuel Makron yenidən liderlik ambisiyasını ortaya qoymağa çalışıb. Müzakirələrdən sonra keçirilən brifinqdə E.Makron bəyan edib ki, münasibətlərin istiləşməsindən danışmaq tezdir, lakin tərəflər diplomatik əlaqələri bərpa edirlər. Onlar atəşkəslə bağlı razılığa gəliblər. Ekspertlər E.Makronun bu barədə danışmasını onun Rusiyanın siyasətinə haqq qazandırması əlaməti olaraq şərh edirlər. Çünki E.Makron avropalı liderlərə Rusiya ilə danışmağın mümkün olduğunu çatdırmağa çalışır. İndi əlində yeni bir fakt var: “görürsünüz, mən təşəbbüs edəndə, Putin yola gəlir”!
Ekspertlər onu da vurğulayırlar ki, son illərdə Fransa ilə Rusiya arasında ticarət dövriyyəsi 49 faiz artıb. Almaniya üçün bu rəqəm 29 faiz təşkil edir. Üstəlik, Almaniya “Şimal axını” layihəsinə yaşıl işıq yandırıb. Bütün bunlar E.Makronun Rusiya strategiyasında haqlı olduğunu göstərən əlamətlərdir.
Məhz həmin səbəbdən də ekspertlər V.Zelenskinin V.Putinlə danışıqlarda şansının az olduğunu proqnozlaşdırırdılar. Gedişat bunun əksini göstərdi. Əslində, burada Rusiya diplomatiyasının ustalığını və uzaqgörənliyini vurğulamaq lazımdır. Hansı səbəblərdən?
Taktika və strategiya: Kremlin hədəfləri
Taktiki cəhətdən Ukrayna diplomatiyası uğurlu görünə bilər. Çünki bir neçə məsələdə Donbasda vəziyyəti yüngülləşdirə bilən razılığa nail olub. Atəşkəsin işə düşməsi ölkənin şərqində yaşayanların Ukrayna dövlətinə loyallığını artıra bilər. Əsirlərin dəyişdirilməsi isə bütövlükdə Kiyevin humanist imicini gücləndirə bilər. Bundan başqa, gələcəkdə seçkilərin sabit şəraitdə keçməsi üçün yaxşı şərait yarana bilər. Uzun illərdir davam edən silahlı toqquşmaya ara verilməsi isə bütövlükdə Donbasın normal vəziyyətə qayıtmasına xidmət edər. İnsanlar siyasi yolla problemlərin həll edilməsinə inana bilərlər.
Bunların fonunda Rusiya güzəştə gedən tərəf kimi görünür. Lakin qlobal geosiyasi kontekstdə Rusiyanın dünyadakı rolu baxımından ümumi mənzərə fərqlidir. Burada bir neçə faktoru vurğulamaq olar. İlk növbədə, Moskva bu addımı ilə Amerikanı Avropadan ayırmış olur. Yəni, Vaşinqton olmadan Fransa və Almaniya ilə Ukrayna məsələsində kompromis axtarışında ola biləcəyini ifadə edir. Eynilə Suriyada İran və Türkiyə ilə Amerikasız problemləri çözə bildiyi kimi. Deməli, Paris görüşü, faktiki olaraq, Yaxın Şərq strategiyasının Avropaya proyeksiyasının uğurlu olmasının əlamətidir.
Kreml Avropa ilə birlikdə Ukrayna məsələsini həll etməyə çalışmaqla Amerikanı siyasi pat vəziyyətində qoyur. Bunu Vaşinqton anlayır və güman ki, Ukrayna məsələsinə daha ciddi müdaxilə etməyə çalışacaq. Ancaq Donald Trampın impiçmenti məsələsi aranı qatır. İndi aydın olur ki, bu məsələnin qabardılması, əslində, ABŞ-ın özünün mənafeyinə zərər vurur. D.Trampın hakimiyyətdən getməsi məsələsinə aludə olan demokratlar ölkənin geosiyasi marağına zərbə vurublar. Hər bir halda, Parisdə müzakirə aparan tərəflər Amerikanın təsirindən danışmayıblar.
Bu vəziyyət həm də E.Makrona sərf edir. O, faktiki olaraq, Avropanın mühüm bir məsələsində Amerikanın kənarda qalmasına nail olub. Sonrakı gedişat hər şeyi daha aydın göstərəcək. Deməli, Fransa və Rusiya bir məsələdə ortaq mövqeyə gələ biliblər. Bunun davamlı olub-olmayacağını zaman göstərəcək. Lakin məsələ bununla məhdudlaşmır. Rusiya, əslində, Ukrayna məsələsinə görə Avropa ilə münasibətlərdəki bir sıra çətinlikləri aradan qaldırmış olur.
Tərəflər bir-birinə etibar edə bilərlər. Aİ-Rusiya münasibətlərində əməkdaşlıq inkişaf edə bilər. Rusiya Ukrayna problemində Aİ-nin onun üzərinə gəlməsi prosesini zəiflətmiş olur. İndi Moskva ilə Brüsselin dialoquna yeni imkan yaranır. Bunun diplomatik üsullarla davam etdirilməsi, heç şübhəsiz, Moskvaya vaxt qazandıracaq. Eyni zamanda, qarşılıqlı əlaqələrdə buzları əridəcək.
Nəhayət, Moskva üçün çox əhəmiyyətli olan daha bir dəyişiklik baş verir. Kiyev indiyə qədər Kremlə düşmən kimi baxırdı. Onunla hər hansı danışığı inkar edirdi. Avropa da bundan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırdı. V.Zelenski bu prosesi dəyişmiş kimi görünür. V.Putin də yeni manevrlər üçün imkan əldə edir. İndi Moskva danışıqlar masası arxasında öz maraqlarını müdafiə edə bilər. Deməli, faktiki olaraq, qondarma Donetsk və Luqansk “xalq respublikalarının” mövcudluğu şəraitində Rusiya əks tərəflə danışıqlar aparmağa şans əldə edir. Bu da dolayısı ilə Kiyevin Donbasdakı prosesləri sülh yolu ilə həll etməyə meyilləndiyini göstərir. Təcrübə göstərir ki, bu yol uzun sürə bilər… O isə Rusiyaya sərf edir. Çünki Rusiya bununla sübut edir ki, hərbi yolla onu Donbasdan çıxara bilməzlər. Yəni danışıqlarda konkret güclü “kozır”ı vardır.
Beləliklə, Parisdəki müzakirələrdə strateji aspektdə Rusiya çox şeylərə nail olub. Moskva sakitcə göstərib ki, onunla bu məsələdə masa arxasına otursalar, müəyyən dividendlər götürə bilərlər. Bundan sonrasının necə olacağını təbii ki, proseslərin gedişatı göstərəcək. Ancaq Rusiyanın öz marağından bir addım da geri çəkilmədiyi göz önündədir. Bütövlükdə götürdükdə, bu, postsovet məkanında gərginliyin azalmasına xidmət edən bir hadisədir. Ukrayna da anlamağa başlayır ki, bu məkanda Rusiyasız məsələlər həll edilmir. Qərbin gücü də buna kifayət etmir. Deməli, ən yaxşısı Moskvanın özü ilə dil tapmaqdır.
Geosiyasi baxımdan bunlar əhəmiyyətli dəyişikliklərdir. Mümkündür ki, bu proses daha da dərinləşsin və sabit trendə çevrilsin. Ancaq hələlik bundan danışmaq tezdir. Qlobal geosiyasətin məntiqi elədir ki, istənilən an meydana yeni risklər çıxa bilər. O halda proseslərin qeyri-müəyyənliyi daha da artmış olar. O cümlədən Ukraynanın daxilində siyasi təxribatları da istisna etmək olmaz. Belə çıxır ki, Parisdə “dördlük” sadəcə kiçik bir addım atıb ki, sonrası hələ məlum deyil.
Newtimes.az
Xəbərin oxunma sayı : 220
Analiz
Xəbərlər
-
Pərvin Abıyeva belə dincəlir - Sahil kənarı...(VİDEO)
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
Əkrəm İmamoğlu CHP-dən istefa verdi - 17 illik sevda bitdi
-
“Təcili danışmaq istəmişəm, amma...“ - “David Selivestrov”un vəkilindən yeni açıqlamalar
-
Məzuniyyət pulu ilə bağlı açıqlama-Qaydalar dəyişib
-
Əfqanıstanda qızıl mədəni davası - Bədəxşanda silahlı toqquşmalar baş verib
-
Yerli azarkeşləri təhqir ediblərmiş - “Sabah” bəyanat yaydı
-
Emin Əmrullayevin təzhizatçı qaynı - Nihad Hənifəyev və STEAM milyonları
-
AzTV-nin əməkdaşı dənizdə batdı - Vətən müharibəsi iştirakçısı idi
-
Suraxanıda qəbiristanlıqda acınacaqlı vəziyyət - VİDEO
-
Dollar qarşısında ən çox bahalaşan və ucuzlaşan valyutalar - Siyahı
-
“İran ancaq danışır, amma icraat yoxdur” - Tramp
-
Taksi sürücüləri üçün imtahan keçiriləcək - qeydiyyat başlayıb
-
Ötən il rektor əvəzi idi - Vüsal Nəsirli onu departament rəhbəri təyin etdi (FOTO)
-
Xocavənddə buldozer minaya düşdü - 2 nəfər xəsarət aldı
-
“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski
-
Bu məscid və ziyarətgahlara işçi axtarılır - Siyahı
-
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
-
Simonyan 3-cü dəfə evlənir - Nişanlısı yaxın dostunun qızıdır...
-
Dedilər ki, biz mafiyayıq... - Mərakeş vətəndaşının qətli ilə bağlı məhkəmə başladı
-
ABŞ-da inflyasiya açıqlandı: “FED“in faiz artımı ehtimalı azalır
-
Milli Qəhrəman üçmərtəbəli obyekt tikir - Nazirlik icazə verdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Sabah“ - “Orhus“ oyununda insidentə görə cinayət işi başlanıldı - Saxlanılanlar var
-
Azərbaycanda ən çox bahalaşan məhsul və xidmətlər açıqlandı - CƏDVƏL
-
Moskvada biznes tələsi - Azərbaycanın sabiq deputatı və vəkil aldadıldı
-
“Bunu normal qarşılayıram“ - Qurban Qurbanov
-
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır - Rəsmi
-
Mehdiyevlə bağlı yeni faktlar üzə çıxdı:“Göbələk Feyruz” kimdir?
-
Biləcəridə yerləşən “Qəsr” restoranında qanunsuz artırılma – İcazəni icra başçısı verib?
-
“ABŞ 20 gün sonra danışıqlar üçün yalvarırdı” - Əraqçi
-
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
-
Lənkəranda meyitləri tapılan qızla oğlan intihar edib? - Cinayət işi açıldı
-
Təhqirə görə qisas: Qəbələdəki qətlin dəhşətli təfərrüatları
-
Xamenei niyə ictimaiyyət qarşısına çıxmır? - SEPAH açıqladı
-
Bakıda 10 milyonluq qumar - İki oyunu bloklamaq çağrışı
-
Şəki Rayon Məhkəməsinə yeni təyinat - FOTO
-
“Ferrum Kapital“ Vətən müharibəsi iştirakçısını təhqir edib? - FOTO
-
“Böyük Qayıdış prosesinə kölgə salmağa çalışanlar var” - “Qaçqınkom”
-
Naxçıvanda çalışan sahibkarlara 10 illik güzəşt - Bu vergilərdən tam azad edilir...
-
Azərbaycanlı iş adamının meyiti Türkiyədəki evində tapıldı – Fotolar
-
Dövriyyəsi milyonlarla manat azalan investisiya şirkətləri - CƏDVƏL
-
Meşədən meyitləri tapılan gənclər əminəvəsi olublar - Video
-
Prezident İlham Əliyev iki səfiri geri çağırdı - Yeni təyinatlar
-
Vens Zelenskidən nəyi xahiş edib? - Ukrayna artıq bu gəmiləri vurmur
-
Dünyanın 69 böyük şəhərində orta aylıq əməkhaqqı nə qədərdir? - Siyahı
-
Nərimanovda 5 mərtəbəli obyekt satılır - 6,5 milyon manata (FOTO)
-
Prezident Naxçıvanla bağlı sərəncam imzaladı: 258 milyon manat ayrıldı
-
“Sabah” 9 milyon avro qazanıb - “Qarabağ”a çata biləcəkmi?
-
Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı - DİM açıqlama yaydı
-
İrana etibar edəcək sonuncu adamam - Donald Tramp
-
Qaradağ və Suraxanıda narkotik əməliyyatı keçirildi - Video
-
Maşın alarkən bu tələyə düşməyin - Açıqlama
-
II qrupda bu universitetlər təhsil haqlarını artırdı - TAM SİYAHI
-
Bu kameralar radar funksiyasını da yerinə yetirir? - VİDEO
-
Azərbaycan, ABŞ və Ermənistan diplomatları Vaşinqtonda görüşüb - XİN
-
“Təyyarəm daha böyük risk altında idi” - Gizli uçuşu təsdiqlədi
-
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - Video
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu, çox böyük maliyyə tutumlu Sərəncam olacaq - Prezident
-
Hansı ali məktəblərdə təhsil haqları artıb və ya azalıb? - VİDEO
-
“Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub” - İlham Əliyev
-
Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar
-
“Rusiya Gilmanın azad edilməsi müqabilində heç nə tələb etməyib“ - Tramp
-
Sürücülər çətin vəziyyətdə: yol dar, hərəkət intensiv - VİDEO
-
Prezidentlə xanımı Möminə xatun türbəsində-FOTO
-
İlham Əliyev AzTV-yə müsahibə verdi - TAM MƏTN
-
Çempionlar Liqası:“Sabah” pley-off mərhələsinə yüksəldi
-
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində - Video-Fotolar
-
Naxçıvan Sənaye Parkının təməli qoyuldu - FOTOLAR
-
Zibil yandırılır, tüstü evlərə dolur: Lənkəranda sakinlərin narazıdır (VİDEO)
-
Tramp FIFA-ya xəbərdarlıq etdi: “Əgər İnfantino getsə…”
-
Prezident “Şəms 1” və “Qərbi Üfüq” stansiyalarında - Video-Fotolar
-
Azərbaycanda axtarışda olanların sayı açıqlandı - Statistika
-
İlham Əliyev Ümummilli Liderin abidəsini ziyarət edib - FOTO
-
Rusiyanın mülki itkiləri rekord vurub - “Bu, Putini saxlamayacaq”
-
Prezident İlham Əliyev Naxçıvanda səfərdədir -VİDEO
-
“Neftçi“ klub tarixinin ən bahalı satışını edir - 1,5 milyon avrodan çox gəlir əldə edəcək
-
Əsədin gizli nüvə mirası: BAEA Suriyada hərəkətə keçir
-
Kişilər ən çox hansı rayonlarda ailə üzvləri tərəfindən zorakılığa məruz qalır? - SİYAHI
-
Pakistanın daxili işlər naziri Tehrana getdi - İran rəhbərləri ilə görüşəcək
-
Bir il əvvəl itkin düşmüş qadın öldürülübmüş - Oğlu tutuldu
-
ABŞ-ın sursatı Baydenə görə azalıb - Donald Tramp
-
Marketə gedəndə bu səhvi etməyin: Pulunuz cibinizdə qalsın
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir əmr imzaladı - Kənan Aşurova yeni vəzifə verdi
-
Azərbaycanda 10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb - AQTA
-
Bakıda torpaq sahələrinin qiymətində kəskin bahalaşma - Rəqəmlər açıqlandı
-
“Tarqovu“dakı məşhur restoranın yerləşdiyi obyekt satılır - 7 milyon manata
-
Kənan Aşurovun rəisi olduğu Baş İdarə ləğv edildi - Nazirdən əmr
-
Dünyada ən çox istehsal olunan 40 qida məhsulu - Siyahı
-
Şadlıq evləri toy qiymətlərini artırdı-VİDEO
-
Avto-icbari sığortada ən çox şikayət edilən şirkətlər - SİYAHI
-
“Tramp danışıqlar üçün İrana yalvarırdı...“ - Abbas Əraqçi
-
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
-
Bibər yükündə 25 kq-dan çox marixuana aşkarlanıb - VİDEO
-
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - TƏFƏRRÜAT/FOTO
-
Azərbaycanda un neçəyə satılır? - Topdansatış qiymətləri
-
“Saxta nikah“, məcburiyyət, aldatma - Nikah hansı hallarda etibarsız sayılır?
-
DİN-dən onlayn alış-verişdə kiberdələduzluqla bağlı – Xəbərdarlıq
-
Azərbaycanda ucuz avtomobillər hərracda - 600 manatdan başlayır
-
Ermənistan Aİİ üzrə referendum keçirməsə, addımlar atılacaq - Qaluzin
-
“Mirana Luxury“ şadlıq sarayı satışa çıxarıldı - 5,5 milyona
-
“Bu gün də Qurban müəllimin yanındayam” - Tahir Gözel
-
“Heyvan alıb satacağıq, qazanc verəcəyəm“ - Bakıda vətəndaşları aldadana CƏZA
-
Korte Bəyannaməsi“ qəbul olunub - Bakının təşəbbüsüylə + SƏNƏD
-
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Sosial sığorta haqları üzrə daxilolmalar 6,3% artıb - DSMF
-
“Avropa İttifaqı reallaşması mümkün olmayan vədlər verir“ – Rusiya XİN
-
I qrupda təhsil haqları: ən ucuz və ən bahalı ixtisaslar
-
Milyonluq fırıldaq və 25 arvad - Hindistanda kuryoz hadisə
-
Azərbaycanın strateji valyuta ehtiyatları 86,8 milyard dolları ötüb - Statistika
-
Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir? - VİDEO
-
Biləcəridə bina sakinlərinin hotel kabusu - “Gecələr rahatlığımız pozulub“ + VİDEO
-
Tramp Türkiyəni gizli şəkildə hərbi təyyarə ilə tərk edib - Şok iddia
-
Azərbaycandan Türkiyəyə göndərilən cehizlik əşyaların ünvana verilmir - VİDEO
-
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
-
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
-
İran Ukraynaya ultimatum verdi - “Kiyevdən qisas alınacaq...”
-
Daxil Kərimov özünü və Əlixan Şirvanovu necə qorudu? - Nazirin rolu olub?
TOP 10
ARXİV






