“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İtaliya “TikTok“a qarşı sərt addımlar atıb -10 yaşlı uşağın ölümü ilə əlaqədar

Tarix 23.01.21, 19:43

Font ölçüsü : - / +
bitmap-img6


İtaliyada on yaşlı uşağın ölümündən sonra hökumət “TikTok“ qısa videolar servisinə qarşı sərt addımlar atmaq qərarına gəlib.

Onlayn platformada yaşını birmənalı şəkildə isbat edə bilməyən istifadəçilərin hesabları dondurulacaq. Hökumətin məlumatına görə, bu qərar hələlik fevralın 15-dək qüvvədə olacaq. “TikTok“dan müştərilərin qeydiyyatı qaydalarına müvafiq düzəliş etməsi tələb olunub.

İtaliyanın Siciliya adasındakı Palermo şəhərində 10 yaşlı uşaq “Blackout Challenge“ adlı yarışda iştirak edib. “Oyun”un şərtlərinə görə, iştirakçılar özlərini boğmalı, mümkün qədər uzun müddət hava almadan olduqları vəziyyəti videoya çəkməlidirlər. Ev xalatının kəməri ilə özünü boğan uşağı tapan valideynləri onu xəstəxanaya çatdırsalar da, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

“TikTok“ platformada hesab açmaq üçün minimum yaş həddini 13 olaraq müəyyən etsə də, bunun üçün ciddi nəzarət mexanizmləri mövcud deyil və 10 yaşlı uşaq maneəsiz şəkildən qeydiyyatdan keçib. Hazırda Palermo Şəhər Prokurorluğu intihar həddinə çatdırma maddəsi ilə cinayət işinə başlayıb və 10 yaşlı Antonellanın mobil telefonu təhqiqat üçün götürülüb.

Avropada təxminən 100 milyon istifadəçinin qeydiyyatdan keçdiyi “TikTok” platformasının baş vermiş hadisə ilə bağlı yaydığı açıqlamada üzvlərin təhlükəsizliyinin onlar üçün ən mühüm prioritet olduğunu elan edib. Onlayn platforma azyaşlının ölümünə görə açılan cinayət işində rəsmi qurumlarla əməkdaşlığa hazır olduğunu da bəyan edib(azərtac).



Xəbərin oxunma sayı : 850




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap