Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Ukrayna tezliklə qələbə çalacaq“ - Volodimir Zelenski

Tarix 22.06.22, 15:49

Font ölçüsü : - / +
bitmap-img6


“Rusiyanın amansız müharibəsinə baxmayaraq, Ukraynanın demokratik təsisatları qorunub saxlanılıb. Birgə səylər nəticəsində tezliklə qarşı tərəf üzərində qələbə olacaq”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın dövlət başçısı Volodimir Zelenski “Ukraynanı qucaqlayın” xeyriyyə telemarafonunun iştirakçılarına müraciətində deyib.

“İnanıram ki, biz müharibəni ən qısa vaxtda qələbə ilə bitirə bilərik. Vahid Avropa istənilən diktaturadan güclüdür. Hətta belə amansız müharibə zamanı da Ukraynanın demokratik institutları qorunub saxlanılıb”, - o bildirib.

Zelenski Avropa İttifaqının Ukrayna ilə bağlı tarixi qərarına sayılı günlər qaldığını qeyd edib və bu qərarın müsbət olacağına əminliyini vurğulayıb: “Biz buna layiqik. Rusiya bombaları şəhərləri yerlə-yeksan edir, rus əsgərləri minlərlə dinc sakini öldürür, Rusiya dövləti hətta ukraynalıları kütləvi surətdə deportasiya edir. Bu nədir? Bu, Rusiyanın bütün azad Avropaya, ümumi dəyərlərimizə qarşı hücumudur. Dəyərlərimizin məhv edilməsinə imkan verməyəcəyik”.



Xəbərin oxunma sayı : 982




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap