“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycan və Türkiyə qardaşlığı sarsılmazdır

Tarix 22.03.23, 19:03

Font ölçüsü : - / +
bitmap-img6


Hǝr anı qǝhrǝmanlıqla dolu olan 44 günlük Vǝtǝn müharibǝsi sayǝsindǝ işğal altındakı Azǝrbaycan torpaqları azad olub, Qarabağın vǝtǝn hǝsrǝtinǝ son qoyuldu. Nǝzǝrǝ alaq ki, 44 günlük müharibǝdǝ Azǝrbaycan dövləti hǝr an arxasında Türkiyǝnin dəstəyini hiss etdi.  

Vətən müharibəsi zamanı 85 milyonluq Türkiyǝ Azǝrbaycan üçün sǝfǝrbǝr oldu. Türkiyǝ ilǝ Azǝrbaycan arasında mövcud olan yüksǝk-sǝviyyǝli ǝlaqǝlǝr, dostluq vǝ qardaşlıq münasibǝtlǝri dǝrin tarixi köklǝrǝ ǝsaslanır. Hǝr iki
ölkǝnin eyni dinǝ, dilǝ, mǝdǝniyyǝtǝ vǝ digǝr adǝt-ǝnǝnǝlǝrǝ malik olması ölkǝlǝrimiz arasında ǝlaqǝlǝri daim möhkǝmlǝndirib vǝ ǝn yüksǝk sǝviyyǝyǝ çıxarıb. İki ölkǝ arasındakı münasibǝtlǝrin inkişafında ulu öndǝr Heydǝr Əliyevin misilsiz xidmǝtlǝri var. Azǝrbaycan ilǝ Türkiyǝ arasındakı münasibǝtlǝri Bir millǝt, iki dövlǝt" kimi xarakterizǝ edǝn ulu öndǝr
iki qardaş ölkǝ arasında münasibǝtlǝrin inkişaf etmǝsi istiqamǝtindǝ böyük ǝmǝk sǝrf edib. 

Hǝm region, hǝm dǝ beynǝlxalq alǝm üçün mühüm ǝhǝmiyyǝt kǝsb edǝn Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi- Ərzurum qaz kǝmǝrlǝri, Bakı-Tbilisi-Qars dǝmiryolu kimi iri-miqyaslı layihǝlǝrin reallığa çevrilmǝsindǝ ulu öndǝr Heydǝr Əliyevin misilsiz ǝmǝyi olub.

Bu gün Azǝrbaycan -Türkiyǝ dövlǝtlǝri arasındakı münasibǝtlǝr hǝr iki ölkǝ Prezidenti tǝrǝfindǝn hǝyata keçirilǝn düzgün vǝ mǝqsǝdyönlü siyasǝtin nǝticǝsindǝ daim möhkǝmlǝnir vǝ bu istiqamǝtdǝ yeni perspektivlǝr açılır. Azǝrbaycan vǝ Türkiyǝ hǝm sevincli, hǝm dǝ kǝdǝrli günlǝrdǝ daim bir-birinin
yanında olmuşdur, vǝ bu hǝr zaman belǝ olacaqdır!

Hikmət Bağırlı



Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap