Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Bu şəxslər 2200 AZN cərimə olunacaq - VİDEO

Tarix 13.01.22, 9:17

Font ölçüsü : - / +
bitmap-img6


Mürəkkəb texniki malların - yəni məişət əşyaları, elektrik cihazları, musiqi alətləri, saat, foto və bu kimi digər məhsulların mütləq texniki pasportu olmalıdır. Və bu pasportların Azərbaycan dilində tərtib olunması vacibdir. Əks təqdirdə sahibkarlar cərimə ediləcəklər.

AzFakt.com xəbər verir ki, bəziləri türk, bəziləri ingilis, əksəriyyəti isə rus dilindədir. Mürəkkəb texniki malların qutusundan çıxan pasportlarda Azərbaycan dilində 1 söz belə yoxdur.

Evinə televizor, soyuducu və bu kimi digər məişət əşyaları, o cümlədən, elektrik cihazları, musiqi alətləri, saat, foto və kino aparatları alan vətəndaşlar satıcıdan haqlı olaraq texniki pasport da tələb edirlər. Amma dil biliyin yoxdursa, bu pasport da faydasızdır.

Satıcılar deyir ki, texniki pasport hər malın öz qutusunda olur. Onlar da məhsulu satan zaman alıcıya təqdim edirlər. Pasport hansı dildə hazırlanıb, alıcı anlayır ya yox, məhsuldan düzgün istifadə edə biləcəkmi, bu artıq onları maraqlandırmır.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin böyük məsləhətçisi Jalə Qəmbərova "Xəzər Xəbər"ə bildirdi ki, qanunvericiliyə əsasən müştəriyə aldığı malın Azərbaycan dilində tərtib olunmuş texniki pasportu təqdim olunmalıdır. Çünki orada məhsulun quruluşu, işlənmə mexanizmi və təmiri ilə bağlı əsas məlumatlar yer alır.

Jalə Qəmbərovanın sözlərinə görə, mürəkkəb texniki malların texniki pasportsuz satılmasına və ya texniki pasportların düzgün tərtib edilməməsinə görə fiziki şəxsləri 350 manatdan 500 manatadək, vəzifəli şəxsləri isə 1650 manatdan 2 200 manatadək cərimə gözləyir.







Xəbərin oxunma sayı : 619




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap