“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Deputat Vahid Əhmədovun qardaşı 5 milyon manatlıq tender uddu - FOTO

Tarix 09.08.22, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 

AzFakt.com xəbər verir ki, "Azərsu" ASC-nin avqust ayının 5-də yekun vurduğu satınalmanın məbləği 5.115.050 manat, qalibi isə "Arko Təmir Tikinti Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 
 
"Arko Təmir Tikinti Şirkəti" 2011-ci ilin aprel ayında təsis edilib. 
 
Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Əhmədov Rasim Qazməmməd oğludur. 
 
"Arko Təmir Tikinti Şirkəti" MMC-nin fəaliyyət profili, maddi texniki bazası barədə açıq internet resurslarında məlumat yoxdur. 
 
 
Vahid Əhmədov
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə "Arko Təmir Tikinti Şirkəti" MMC-nin qanuni təmsilçisi Rasim Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun qardaşıdır. 
  
Vahid Əhmədov Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. O, 1992-1994-cü illərdə Baş nazirin müavini, Baş nazirin birinci müavini vəzifələrində çalışıb. 
 
Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin sentyabr ayının 14-də Şəmkir və Cəlilabad rayon icra Hakimiyyətlərinin başçılarını qəbul edərkən çıxışında bəzi vəzifəli şəxslərin tenderdə yol verdikləri korrupsiya faktına toxunaraq dövlət xətti ilə aparılan layihələrin, dövlət alışlarının icrası ilə əlaqədar tenderlərdə vəzifəli şəxslərə yaxın olan şirkətlərin qalib gəldiyini bildirirdi.




Xəbərin oxunma sayı : 793




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap