Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Gülnarə Kərimovadan azadlığı üçün Prezidentə TƏKLİF - Yarım milyard dollar

Tarix 26.02.20, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


Özbəkistanın ilk Prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova azadlığa çıxmaq üçün ölkənin hazırkı dövlət başçısı Şavkat Mirziyoyevə yarım milyard dollar təklif edib.

Bu barədə Gülnarə Kərimovanın qızı İman Kərimova instaqram hesabında onun adından məlumat yayıb.

Həbsdə olan Kərimova məktubunda səhhətinin daha da pisləşdiyini və əməliyyat olunmaq üçün azadlığa çıxmalı olduğunu vurğulayıb.

Eks- Prezidentin qızı həmçinin qeyd edib ki, ona aid İsveçrə banklarında saxlanılan 686 milyon dollar vəsaitlə bağlı heç bir iddia qaldırmayacaq.

Gülnarə Kərimova eyni zamanda bildirib ki, 1,2 milyard dollarlıq aktivləri çoxdan onun nəzarətindən çıxaraq dövlət büdcəsinə işləyir.

Xatırladaq ki, G. Kərimova 2017-ci ilin dekabrında qanunsuz yolla 53 milyon dollar mənimsədiyinə görə haqqında hökm oxunaraq həbs olunmuşdu. O, hazırda Daşkəndin 21 nömrəli qadın koloniyasında cəzasını çəkir. (qafqazinfo)



Xəbərin oxunma sayı : 847




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap