Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Mərkəzi Bank uçot dərəcəsini niyə artırır? – İqtisadçı ekspert

Tarix 29.01.22, 10:39

Font ölçüsü : - / +
bitmap-img6


"Mərkəzi Bankın uçot dərəcəsi formal bir şeydir, heç nəyə də ciddi təsir etmir, buna görə də ciddi müzakirə mövzusu ola bilməz".

AzFakt.com xəbər verir ki, bunu iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
 
Onun sözlərinə görə, uçot dərəcəsi Mərkəzi Bankın kredit təşkilatlarına verdiyi kreditin faiz dərəcəsidir:

"Yəni Mərkəzi Bankın kreditinin qiymətidir. İqtisadi nəzəriyyəyə görə, inflyasiyaya qarşı mübarizə aparanda mərkəzi banklar bu dərəcəni artırır ki, iqtisadi aktivlik və dövriyyədəki pul həcmi azalsın. Yəni Mərkəzi Bank banklara bahalı kredit verir, onlar da öz növbəsində əhali və sahibkarlara verdikləri kreditləri bahalaşdırır".

Ekspert bildirib ki, hazırda bizdə kəskin inflyasiya müşahidə olunur:

"Məntiqlə Mərkəzi Bank düz edir. Amma problem ondadır ki, uçot dərəcəsi yalnız o zaman işlək olur ki, Mərkəzi Bank bütün kredit təşkilatlarına bərabərhüquqlu şəraitdə kredit verir. Lakin bizim inhisarçı və qeyri-şəffaf bank sistemində bu, belə deyil. Mərkəzi Bank yalnız özünə bəlli olan meyarlar əsasında bir neçə banka kredit verir. Buna görə də onun uçot dərəcəsinin ciddi təsiri olmur. Bu, ona bənzəyir ki, mən bazarda kartof satıram və elan edirəm ki, kilosunu 1 qəpiyə satıram. Amma kənardan gələn alıcılara satmıram. Yalnız öz yaxınlarıma satıram. İndi bu, o deməkdirmi ki, mənim qiymətim 1 qəpikdir? Eyni ilə Mərkəzi Bankın da kreditinin qiyməti reallıqda uçot dərəcəsi deyil. Adi bir misal. 2009-2010-cu illərdə uçot dərəcəsi 2-3% idi. Məntiqlə bankların da kreditləri ucuz olmalı idi. Amma o zaman bankların kredit dərəcələri hətta indikindən də yüksək idi".

Bəs Mərkəzi Bank hazırda uçot dərəcəsini niyə artırır? 

Əkrəm Həsənovun fikirincə, qanuna görə, bu, inflyasiya ilə mübarizə aparmalıdır:

"Reallıqda apara bilmir. Amma gözdən pərdə asmaq üçün nəsə etməlidir axı. Buna görə də bir-iki aydan bir dərəcəni 0,25% artırır ki, mən də varam və işləyirəm. Vəssalam".



Xəbərin oxunma sayı : 928




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap