“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanlı kriminal avtoritet Ukraynada qətlə yetirildi - “Lotu Quli“nin adamıdır... + FOTO

Tarix 29.12.21, 13:28

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Ukraynanın Odessa şəhərinin Genuya küçəsində yerləşən “Arena” bilyard klubunda silahli insident baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukraynanın “Dumskaya” nəşri məlumat yayıb.
Belə ki, klubda tapançadan iki nəfərə atəş açıldığı bildirilib. Hücuma məruz qalan şəxslərdən biri qolundan yaralanıb.
Atəş nəticəsində ötən il Türkiyədə güllələnən Nadir Səlifovun (Lotu Quli) çevrəsindən olan kriminal avtoritet Nazir Əliyev isə həlak olub.
Şübhəli şəxs qismində Azərbaycan vətəndaşı Şahruddin Quliyev saxlanılıb və haqqında Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) və 15-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açılıb.
Bildirilir ki, cinayətə səbəb Odessanın kriminal birliyində təsir dairələrinin yenidən bölüşdürülməsi məsələsi olub.
Hadisə yerində polisin bir neçə briqadası və ekspertləri işləyir, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov 20 avqust 2020-ci ildə qətlə yetirilib. O, Türkiyədə otellərin birində birlikdə yemək yediyi yaxın adamı tərəfindən başından güllələnib. Səlifov xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.












Xəbərin oxunma sayı : 1975




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap