“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Neftçi“ yeni baş məşqçisini açıqlayıb - Aylıq 85 min manat alacaq

Tarix 09.12.25, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


"Neftçi"nin baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib.

Klubdan verilən məlumata görə, ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.

Vernidub Bakı klubunda aylıq 50 min dollar (85 min manat) maaş alacaq.

Bu barədə insayder İqor Burbas yazıb.

Bununla da o, Azərbaycan Premyer Liqasında ən çox maaş alan məşqçilərdən birinə çevrilib.

İnsayder bildirib ki, artıq tərəflər arasında bütün məsələlərdə razılığa gəlinib. 

Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində "Metallurq" (Zaporojye), "Zarya", "Krivbass", Belarusda "Şaxtyor" (Soliqorsk), Moldovada "Şerif" klublarında çalışıb.

Təcrübəli məşqçi müxtəlif illərdə "Zarya" və "Krivbass" ilə Ukrayna çempionatının bürünc mükafatçısı, "Şerif"lə 2 dəfə Moldova çempionu olub.

"Şerif"i UEFA Çempionlar Liqasının, "Zarya"nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, "Krivbass"ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.

Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri – Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.



Xəbərin oxunma sayı : 340




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap