“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sabiq Aparat rəhbəri Yevlaxa köçüb: “Mən nə edim, deyim adına ev olmasın?“

Tarix 23.01.26, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verildiyi kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb. Hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür.

AzFakt.com xəbər verir ki, Vidadi Zeynalov manset.az-a açıqlamasında əmlakların böyük hissəsinin ona aid olmadığını bildirib.

“2015-ci ildə məni saxlayanda nə qədər nəslim, qohum-əqrəbam var idisə, hamısının əmlakını araşdırmadan mənim adıma bağladılar. Bacımın yaşadığı evi, ərə getmiş qohumumun evini müsadirə etdilər. Bunun mənə nə aidiyyəti var? Sonradan araşdırma aparıldı və Ali Məhkəmədə, eləcə də Ağır Cinayətlər Məhkəməsində həmin əmlakların hamısı geri qaytarıldı”, - deyə V.Zeynalov söyləyib.

Onun sözlərinə görə, hətta valideynlərinə məxsus, uzun illər əvvəl əldə edilmiş evlər də siyahıya salınıb: “1926-cı ildə atam anadan olub, anam isə 1952-ci ildə ona ərə gəlib. Kənddə yerləşən həmin evi də müsadirə kimi yazmışdılar. Bunun da mənə heç bir aidiyyəti yoxdur. Sonradan onların da hamısını siyahıdan çıxardılar”.

Sabiq Aparat rəhbəri hazırda övladlarının yaşadığı evlərin də ona aid kimi təqdim edildiyini sözlərinə əlavə edib: “İndi bir qızımın, bir oğlumun yaşadığı evi yazırlar. Onlar da durur, yaşayırlar. Orada yazırlar ki, filankəs qaynıdır, filankəs bacanağıdır. Qaynı bir şəhərdə yaşaya bilməz? Evi ola bilməz? Mən nə edim, deyim adına ev olmasın? Mən hazırda heç Bakıda yaşamıram. Yevlaxda kənd yerində yaşayıram”.



Xəbərin oxunma sayı : 217




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap