“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Vidadi Zeynalov hərraca çıxarılan mülklərini özü alacaq - Əsas əmlakları Dubayda, İstanbuldadır...

Tarix 23.01.26, 16:32

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalovun əmlakları hərraca çıxarılıb.

Məlumata görə, hərracda satılması nəzərdə tutulan əmlakların ümumi dəyəri 10 milyonlarla manatla ölçülür.

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, Vidadi Zeynalovun Bakıda hərraca çıxarılan əmlakı onun sərvətinin tam siyahısı deyil.

Belə ki, sabiq aparat rəhbəri cinayət yoluyla əldə etdiyi pulun əsas hissəsini Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində əmlaka çevirib: “Bugün İstanbulda, Dubayda çoxsaylı əmlakları var. Hansıki bu əmlaklar Azərbaycanda hərraca çıxarılan sərvətindən qat-qat baha dəyərləndirilir” deyə mənbəmiz daha sonra əlavə edib. Bakıda hərraca çıxarılan əmlakı da Vidadi Zeynalov yenidən alacaq”.

Xatırladaq ki, Vidadi Zeynalov “MTN İşi” çərçivəsində 2015-ci ilin noyabr ayında “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və digərləri ilə birlikdə həbs edilib və onların əmlakının üzərinə həbs qoyulub.

İttihamda V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə əlbir olaraq 73 milyon 590 min manat pul vəsaitini mənimsədiyi göstərilirdi.

O, hazırda azadlıqdadır.



Xəbərin oxunma sayı : 445




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap