“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Kim Çen Inın qızı rəsmən varis elan edilir? - Kəşfiyyatdan şok açıqlama

Tarix 12.02.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (MKX) Şimali Koreya lideri Kim Çen Inın qızı Kim Ju Aenin artıq rəsmi varis statusuna yüksəldilməsi prosesinin başladığını bəyan edib.

Bu barədə "Yonhap" agentliyi Cənubi Koreya qanunvericilərinə istinadla məlumat yayıb.

Qeyd olunub ki, gənc Kim Ordu Günü və digər strateji dövlət tədbirlərində mütəmadi olaraq atasının yanında görünür, hətta bir sıra siyasi müzakirələrdə aktiv iştirak edir. Kəşfiyyat orqanı diqqətçəkən bir nüansa toxunub: əvvəllər "varisin hazırlanması" ifadəsi işlədilirdisə, artıq proses "varisin təyin edilməsi mərhələsi" kimi xarakterizə olunur.

Kim Ju Aenin təxminən 2013-cü ildə doğulduğu güman edilir. Buna baxmayaraq, siyasi ekspertlər məsələyə hələlik ehtiyatla yanaşırlar: 41 yaşlı Kim Çen Inın hələ kifayət qədər gənc olması və digər övladlarının da varlığı hakimiyyətin ötürülməsi ssenarilərini mürəkkəbləşdirir.



Xəbərin oxunma sayı : 868




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap