“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

ABŞ administrasiyası İrana minlərlə “Starlink” terminalı göndərib - “The Wall Street Journal”

Tarix 13.02.26, 10:37

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Trump administrasiyası yanvar ayında İranda baş vermiş genişmiqyaslı anti-hökumət etirazlarından sonra bu ölkəyə gizli şəkildə minlərlə “Starlink” terminalı göndərib.

Bu barədə Amerika rəsmilərinə istinadən “The Wall Street Journal” məlumat yayıb. Nəşrin yazdığına görə, Ağ Ev İranda etirazların sərt şəkildə yatırılmasından və internetə çıxışın kəskin məhdudlaşdırılmasından sonra aksiya iştirakçılarını onlayn bağlantı ilə təmin etməyə çalışıb.

Məlumata əsasən, yanvar ayında İran hakimiyyəti kütləvi etirazları zor gücünə dağıdıb. Hüquq müdafiəçilərinin iddiasına görə, minlərlə fəal öldürülüb, eyni zamanda ölkədə internet geniş şəkildə bloklanıb.

Bundan sonra ABŞ təxminən 6000 ədəd peyk interneti komplektini ölkəyə qaçaq yollarla daxil edib. Qəzet qeyd edir ki, bu, Starlink sisteminin İrana ilk birbaşa göndərişi olub.

WSJ mənbələrinin bildirdiyinə görə, Dövlət Departamenti son aylar ərzində təxminən 7000 “Starlink” terminalı satın alıb və onların böyük hissəsi məhz yanvar ayında əldə olunub. Məqsəd iranlı fəallara internet blokadasını aşmaq imkanı yaratmaq olub.


Mənbələr qeyd edib ki, Prezident Tramp tədarüklər barədə məlumatlı olub. Lakin planı birbaşa onun təsdiqləyib-təsdiqləmədiyi dəqiq məlum deyil.

Rəsmi Tehran isə Vaşinqtonu ölkədə narazılığı qızışdırmaqda və 90 milyon əhalisi olan İranda keçirilən ümummilli etirazları təşkil etməkdə ittiham edir. İran hakimiyyəti bu iddiaları sübut təqdim etmədən səsləndirib.

Etirazlar dekabrın sonlarında başlayıb və bir neçə həftə davam edib. Aksiyalara səbəb kimi kəskin inflyasiya, milli valyutanın dəyərdən düşməsi, uzun illər davam edən səmərəsiz iqtisadi idarəçilik və İranın nüvə və raket proqramı ilə bağlı beynəlxalq sanksiyalar göstərilir.

Donald Tramp isə İran hakimiyyətini etirazçılara qarşı edam hökmləri çıxarılacağı təqdirdə zərbələr endirməklə hədələyib.



Xəbərin oxunma sayı : 361




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap