Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

ABŞ-ın nüvə bombardmançıları Rusiya sərhədinə yaxınlaşdı - Zərbələr məşq edilir

Tarix 15.09.20, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın strateji nüvə bombardmançıları növbəti dəfə Rusiya sərhədləri yaxınlığında görünüb. Rusiya mətbuatının yazdığına görə, bu dəfə bombardmançılar nüvə raketləri ilə silahlanıblar və Ukrayna hava məkanından istifadə etməklə ilhaq edilmiş Krım yaxınlığında manevrlər ediblər.

“İnterfaks” agentliyi xəbər verir ki, B-52H Stratofortress strateji bombardmançıları ötən gün sentyabrın 14-də Krım yarımadasından qərbdə uçuşlar keçiriblər. Qərb aviaresurslarından götürülmüş məlumatlara əsasən bombardmançılar Böyük Britaniyadakı Ferfold aviabazasından havaya qalxıblar. Onlar Ukrayna hava sahəsindən keçiblər və Odessa vilayəti üzərindən Qara dənizə keçiblər, oradan isə Krıma doğru kurs götürüblər. Bombardmançıların Krım yaxınlığında uçuşu təxminən 10 dəqiqə çəkib. Eyni zamanda Qara dəniz üzərində, Rusiya hava hüdudları yaxınlığında Böyük Britaniya Hərbi Hava Qüvvələrinin iki Sentinel R.1. kəşfiyyat təyyarəsi dövrə vururdu. “Julia51” və “Julia53” kod adlı təyyarələr bir saatdan çox Azov dənizi sahilləri boyu uçaraq kəşfiyyat aparıblar.

Hərbi mütəxəssislər qeyd edirlər ki, Böyük Britaniya təyyarələri ola bilsin Rusiyanın S-400 zenit-raket komplekslərinin radarlarının işini pozmağı məşq edirdi. Bu, ABŞ bombardmançılarının Rusiyaya nüvə zərbələrinə şərait yaratmaq məqsədi güdürdü.

Digər məlumata görə təxminən eyni saatlarda Rusiyanın Tu-160 strateji nüvə bombardmançıları Skandinaviya yarımadası üzərindən keçərək Böyük Britaniya hava sərhədlərinə yaxınlaşıb, bu ölkə ərazisindəki strateji obyektlərə raket zərbələrini məşq edib.

Xatırladaq ki, son həftələrdə ABŞ strateji bombardmançıları Krım istiqamətində Rusiya sərhədləri yaxınlığında tez-tez uçuşlar həyata keçirir. (virtualaz.org)



Xəbərin oxunma sayı : 334




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap