| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Azərbaycan Ermənistanı sülhə məcbur edəcək! – Türkiyə Rusiyadan gələn təzyiqləri neytrallaşdırır
Tarix 01.10.20, 17:41 |
|
Azərbaycan Ordusu Dağlıq Qarabağda əks-hücum əməliyyatlarını uğurla davam etdirir. Müharibənin davamı Ermənistanın problemlərini artırıb. Ermənistan müharibənin ilk günündən başlayaraq “qan bankına” ehtiyac duyduğunu bəyan edib, yaralıların sayı çox olduğuna görə xəstəxanalara mülki əhalinin qəbulunu dayandırıb, gənclərin Ermənistan xaricinə çıxışına qadağa qoyulub.
Müharibədə hansı tərəfin daha çox insani potensialı, hərbi texnikası varsa, həmin tərəf uğur qazanacaq. Azərbaycan bütün parametrlərə görə Ermənistanı üstələyir. Azərbaycanın əhalisi Ermənistanın əhalisindən 5 dəfə çoxdur, hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çoxdur.
Ermənistan 1990-cı illərdə Azərbaycan torpaqlarını necə işğal etmişdi?
Dağlıq Qarabağda yaşayan ermənilər illərdir separatizmə başlamaq üçün fürsət gözləyirdilər. Bu fürsəti onlara SSRİ-nin lideri Mixail Qorbaçov verdi. Ermənilər SSRİ-nin dağılması ərəfəsində mitinqlərə başladılar və silahlandılar. Dağlıq Qarabağda yaşayan azərbaycanlıların silahları yox idi. Ümid edilirdi ki, Moskva problemi nizamlayacaq. Olmadı. Erməni silahlı birlikləri Ermənistandan və dünyanın müxtəlif ölkələrindən gələn muzdlular hesabına azərbaycanlılara qarşı etnik təmizləməyə başladılar. Bu işdə onlara keçmiş SSRİ-nin Dağlıq Qarabağdakı hərbi hissələri də yardım edirdi. Azərbaycan müstəqilliyini əldə edən kimi erməni separatizminə qarşı savaşa başladı. Ancaq o illərdə Azərbaycanın nizami ordusu yox idi. Digər tərəfdən ermənilər mülki əhalini hədəf alaraq qətliamlar törədir və bölgələri bu şəkildə işğal edirdilər.
Dağlıq Qarabağdakı Ermənistan ordusu bu dəfə də eyni taktika istifadə etməyə çalışır, azərbaycanlılar yaşayan əraziləri raket atəşinə tutur ki, mülki əhali arasında itki olsun. Ancaq Azərbaycan 27 il ərzində nizami ordu yaradıb (Azərbaycanın İsraildən və Türkiyədən aldığı pilotsuz uçuş aparatları işğalçı ordunun hərbi texnikasını dağıtmaqda davam edir, Ermənistan bu tip silahlara malik deyil), ordunun hərbi texnika təminatı üçün on milyardlarla dollar xərcləyib. Ən başlıcası, Azərbaycan əhalisi müharibəyə hazırdır və savaşda iştirak etmək istəyir, mülki əhali də evlərini tərk etmir. Yəni həm hərbi, həm də mənəvi üstünlük Azərbaycanın tərəfindədir. Hazırda önəmli olan Ermənistandan Dağlıq Qarabağa silah və hərbi texnika aparan yolları nəzarət altına almaqdır. Murovdağ və Füzuli istiqamətində həyata keçirilən hərbi əməliyyatların məqsədi də budur. Azərbaycan ordusu Füzuli, Cəbrayıl və Zəngilanı azad edərsə, erməni separatçılarının İranla əlaqəsi kəsiləcək.
Dağlıq Qarabağda müharibə dünyanın diqqət mərkəzindədir. Böyük dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycana və Ermənistana atəşkəs çağırışı edirlər. Bunlar normaldır və gözləniləndir. Azərbaycan bir şərtlə yenidən atəşkəs elan edib danışıqlara razılaşa bilər: Ermənistan ordusu Azərbaycan ərazilərini tərk etməlidir! Bu şərti Ermənistan hakimiyyəti qəbul etmədiyinə görə döyüşlər davam edəcək.

ATƏT-in Minsk Qrupu həmsədrlərindən ABŞ və Fransanın Cənubi Qafqaza təsir imkanları azdır. Fransa prezidenti Emmanuel Makronun Cənubi Qafqaz siyasəti yanlışdır. Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həm Ermənistan, həm də Azərbaycanla yaxşı münasibətləri var idi. Sarkozi prezident olarkən həm Ermənistana, həm də Azərbaycana səfərlər etmişdi. Emmanuel Makron isə prezident olduqdan sonra yalnız Ermənistana səfər etdi, Azərbaycana gəlmədi. Makron bununla Ermənistana üstünlük verdiyini göstərdi. Makron son açıqlamalarında Ermənistanı müdafiə edir. Makronun bu siyasəti Fransa-Azərbaycan münasibətlərinə zərər verəcək. Digər tərəfdən Bakı bundan sonra Parisin vasitəçilik təşəbbüslərini qəbul etməyəcək. Makrondan fərqli olaraq ABŞ prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasındakı müharibəyə qarışmaq istəmir. Trampın bu mövqeyi Azərbaycanın maraqlarına uyğundur.
Həmsədr ölkələrdən yalnız Rusiya prosesə müdaxilə edə bilər. Kreml müharibənin ilk günlərində neytral qalmağa üstünlük verirdi. Ancaq Kreml son günlər təzyiqi bir qədər artırmağa başlayıb.
Birincisi, Rusiya işğalçı Ermənistana hərbi yükləri göndərməkdə davam edir.
İkincisi, Rusiya Xarici İşlər Nazirliyinin son bəyanatında Dağlıq Qarabağda Suriya və Liviyadan muzdluların gətirilməsindən narahatlıq ifadə edilib. Azərbaycan muzdlulardan istifadə etmir. Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan ordusunun resursları kifayət qədərdir, əlavə canlı qüvvəyə ehtiyacımız yoxdur. Əsl Ermənistanın muzdlulara ehtiyacı var. Ancaq Kreml Liviyanın adını çəkibsə, demək Türkiyənin bu ölkədən Cənubi Qafqaza muzdlular göndərməsinə işarə edib.
Rusiya XİN Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Moskvada görüşünü təşkil etməyə çalışır. Hazırkı şərtlər daxilində belə bir görüş Azərbaycanın maraqlarına cavab vermir. Çünki Moskva yenidən atəşkəsə nail olub, “mərhələli həll” planının reallaşması üçün heç nə etməyəcək. Dəfələrlə bunun şahidi olmuşuq.
Digər tərəfdən rəsmi Bakı çalışmalıdır ki, gələcəkdə danışıqlar formatı 2+2 (Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə) keçsin. Yəni rəsmi Bakı Türkiyənin bölgədə artan rolunu danışıqlar formatına da keçirməlidir. Moskva Bakının bu istəyini rədd edə bilməyəcək. Moskva Liviya və Suriya məsələsində olduğu kimi, Dağlıq Qarabağ məsələsində də Ankaranın vasitəçiliyini qəbul etməlidir. Bu, rəsmi Bakının qətiyyətli mövqeyindən asılıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan son günlər Türkiyənin adını çox hallandırır. Paşinyanın bununla iki məqsədi var. Onun birinci məqsədi odur ki, guya Ermənistan Dağlıq Qarabağda Türkiyə hərbçiləri ilə savaşır. Paşinyan bununla Azərbaycan Ordusunun qazandığı uğurları kiçiltməyə çalışır. Paşinyanın Türkiyənin adını mütəmadi hallandırmaqla ikinci məqsədi Rusiyanın Ermənistana hərbi dəstəyini təmin etməkdir.
Türkiyə Azərbaycanın strateji müttəfiqidir və dünyada bunu hamı belə qəbul edir. Türkiyə rəsmiləri açıq deyirlər ki, Azərbaycana istənilən dəstəyi verməyə hazırdır. Buna baxmayaraq, Azərbaycan Ordusunun qarşısına qoyduğu vəzifələri yerinə yetirməkdə Türkiyə hərbçilərinin iştirakına ehtiyacı yoxdur. Ancaq o da faktdır ki, Türkiyənin Azərbaycana dəstəyi bölgədə sabitləşdirici rol oynayır.
Birincisi, Türkiyə Liviyada, İraqda və Suriyada olduğu kimi, Cənubi Qafqazda da varlığını ortaya qoyub. Bu amillə Rusiya da hesablaşmağa başlayıb. Təsadüfi deyil ki, Dağlıq Qarabağda savaş getdiyi günlərdə Rusiyanın və Türkiyənin Xarici İşlər nazirləri arasında telefon danışığı olub.
İkincisi, Türkiyənin Azərbaycanla hərbi müttəfiqliyi Ermənistana mesajdır ki, Bakı kimi Ankara da Dağlıq Qarabağ və ətraf rayonların qeyd-şərtsiz azad olunmasını tələb edir.
Buna baxmayaraq, Nikol Paşinyan hər vasitə ilə Rusiyanın hərbi dəstəyinə nail olmaq istəyir. Bunun üçün əsas yoxdur. Çünki müharibə Azərbaycan ərazisində gedir. Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan saxta xəbərlər yayıb ki, guya Türkiyənin F-16 təyyarələri Ermənistan səmasında onların hərbi təyyarələrini vurub. Məqsəd Rusiyanın Türkiyəyə qarşı adekvat addımın atılmasına nail olmaq idi. Bundan başqa Paşinyan deyib ki, Rusiyanın Ermənistandakı hərbi bazalarından istifadə edə bilərlər. Buna Paşinyan qərar verə bilməz, Kremlin qərarı olmalıdır. Belə bir qərarın verilməsi Rusiya üçün regional risqləri artıracaq.
Rusiya Dağlıq Qarabağdakı müharibədə Ermənistan tərəfdən iştirak edərsə, Kreml özü üçün iki mənfi nəticə ilə üzləşəcək.
Birincisi, Rusiya Dağlıq Qarabağdakı ermənilərə birbaşa dəstək verərsə, Azərbaycan və Türkiyə ilə münasibətləri gərginləşdirəcək. Məntiqlə bu, Kremlin maraqlarına cavab verməməlidir. Çünki Ermənistan Rusiyanın hərbi müttəfiqi olsa da, Kremlin Bakı və Ankara ilə tərəfdaşlıq münasibətləri var və bu bütün tərəflər üçün faydalıdır. Azərbaycan və Türkiyə Rusiyanın bölgədə əsas iqtisadi tərəfdaşlarıdır, birgə layihələr reallaşdırılır. Kreml Dağlıq Qarabağa görə bütün bunlardan imtina etməyə hazırdırmı?
İkincisi, Rusiya Dağlıq Qarabağdakı ermənilərə birbaşa dəstək verərsə, müharibənin sərhədi genişlənəcək, şimali Qafqazda Rusiya üçün təhlükəli proseslər başlaya bilər.
Rusiya müharibənin bitməsini istəyirsə, Ermənistan hakimiyyətinə təzyiq edib Dağlıq Qarabağ münaqişəsinin “mərhələli həll” planının reallaşmasını təmin etməlidir. Bu olmadan müharibəni dayandırmaq mümkün olmayacaq. Prezident İlham Əliyev işi yarımçıq dayandırmayacaq. Azərbaycan və Türkiyə problemin birdəfəlik həllini istəyirlər. İlham Əliyev Təhlükəsizlik Şurasının son iclasında deyib ki, Azərbaycan xalqı problemin birdəfəlik həllini tələb edir və o bu prosesi son çatdırmaq niyyətindədir.

Rusiya son 4 ildə iki dəfə Azərbaycana mane olub. Azərbaycan ordusu 2016-cı ilin aprel ayında əks-hücuma başlayanda ərazilərin bir hissəsini azad edib irəli gedirdi. Bu məqamda Moskvadan zənglər gəldi və Bakını inandırdılar ki, atəşkəs elan olunsa “mərhələli həll” planı işə düşəcək. Moskva vədini yerinə yetirmədi. Bu ilin iyul ayında da sərhəddə döyüşlər olanda Kreml yenə prosesə müdaxilə etdi. Bu dəfə isə vəziyyət fərqlidir. Türkiyə Rusiyadan Azərbaycana edilən diplomatik təzyiqləri neytrallaşdırır.
Azərbaycanla Ermənistan arasında informasiya savaşı da var gücüylə davam edir. 1990-ci illərdə Azərbaycan torpaqları işğal edilərkən Azərbaycan informasiya blokadasında idi. Rusiya və Qərb mətbuatında əsasən ermənilərin mövqeyi əks olunurdu. Azərbaycan 2000-ci illərdən başlayaraq informasiya blokadasını yarıb və Azərbaycanın mövqeyi də Rusiya və Qərb mətbuatında əks olunmağa başlanıb. Digər tərəfdən Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin mətbuat xidmətləri operativ işləyir, daxili və xaric auditoriyanı məlumatlandırır və Ermənistanın dezinformasiyalarını təkzib edirlər.
Azərbaycanı müharibədə müdafiə edən dövlətlər bunlardır: Türkiyə, Pakistan, Əfqanıstan, Bosniya və Hersoqovina və Ukrayna. Bu say artacaq. Ermənistanın işğalçı siyasətini isə rəsmi səviyyədə yalnız kiçik Kipr Yunan Respublikası dəstəkləyib.
Bu arada İranın mövqeyi diqqət mərkəzindədir. İnternetdə Rusiya hərbi texnikasının İran üzərindən Ermənistana və Dağlıq Qarabağa daşınmasıyla bağlı görüntülər yayılıb. Rəsmi Tehran bu görüntüləri təkzib edib. İranın dini liderinin Güney Azərbaycan əyalətindəki təmsilçiləri birgə bəyanat yayaraq Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu və müharibədə Azərbaycanı müdafiə etdiklərini bəyan ediblər. Bu, belə də olmalıdır. Əks halda İranda yaşayan azərbaycanlıların İran hökumətinə qarşı etirazı güclənə bilər.
“Atlas” Araşdırmalar Mərkəzi
Xəbərin oxunma sayı : 877
Analiz
Xəbərlər
-
Bakıda daşınmaz əmlak yenidən bahalaşdı - Ən çox hansı rayonlarda?
-
ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub - Tramp
-
Sumqayıtda avtobuslar niyə nağdsız ödəniş sisteminə keçirilmir? - VİDEO
-
Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq
-
“Bu, Amerika üçün böyük bir gün olacaq” - Tramp
-
Azərbaycanda iki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
La Liqanın ən bahalı futbolçuları: Arda Güler tarixə düşdü
-
General Nizami Məmmədov haqda son qərar verildi - 143 milyonluq yeyinti işi...
-
Nərimanovda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi
-
İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır - Başçının adamına dur deyən yoxdu
-
Süni intellektin inkişafından əldə olunan faydalar onunla bağlı bütün risklərə dəyər - Sem Altman
-
Dövlətin milyonlarını belə mənimsəyiblər: 16 saxta MMC və məhkəmədə ifşalar!
-
Kirayə mənzil almaq istəyənlərin nəzərinə: Müraciətlər dayandırılır
-
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı - Paylaşım
-
NATO Rusiyanın hücumu halında “sürətli qələbə“ planı hazırlayır - “Bloomberg”
-
Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı olub - Nələr müzakirə olunub?
-
Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? - VİDEO
-
Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir - Zaxarova
-
Makronun hakimiyyəti dövründə Fransa Avropanın “ən zəif halqasına” çevrilib - Bloomberg
-
Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
-
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım
-
“Nüvə bombaları İsraili məhv etmək üçün idi“ - Benyamin Netanyahu
-
Bu şirkətlər də etibarsız təchizatçıların reyestrinə daxil edilib - TƏFƏRRÜAT
-
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı keçirildi - Fotolar
-
Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar
-
Bosniyada Rusiyapərəst partiya qalib gəldi - Dodik zəfərini Putin və Trampa həsr etdi
-
Magistraturada “pullu”ya düşən tələbələrə müjdə - DİM məlumat yaydı
-
“Azəriqaz“ın adından 10 min manatlıq dələduzluq - TƏFƏRRÜAT
-
Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı
-
Zəngilanda fəhlələr arasında kütləvi dava - xəsarət alan var
-
Sabah bəzi yerlərdə leysan olacaq - Xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda tauna yoluxan var? - Rəsmi açıqlama
-
Prezident Fərman imzaladı: Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik
-
Mənzil bazarında qiymətlər yenə qalxdı - Sentyabrın rəqəmləri
-
Bu şəxslərə 20 min pul verilə bilər - Nazirdən şad xəbər
-
Polis Siyəzəndə əməliyyat keçirdi: 14 nəfər saxlanıldı
-
Nazirlik 16 tender keçirib - Hamısında onun şirkətləri qalib gəlib
-
Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - Fotolar
-
Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
-
Milyarderlər Britaniyanı tərk edir - 160 milyard dollarlıq aktiv çıxarıldı
-
Badamdarda tikinti özbaşınalığı: Vüqar Zeynalov və Anar Quliyev hansı qanuna əsaslanaraq sərəncam verib?
-
Yeni ildən pensiyalar necə hesablanacaq? - İqtisadçı AÇIQLADI
-
Alim Qasımovun meneceri Pünhan Piriyevə cavab verdi: “Bunu ona yaraşdırmadım“
-
Bir milyardlıq müflisləşmə - Vətəndaşların 400 milyon manatı necə batdı?
-
Husilər “Əş-Şəbab”la İsrailə qarşı ittifaq qurmağa çalışır - “Financial Times”
-
Əli Həsənov Ukraynaya 300 milyon dolar yatırıb? - Sabiq Qaçqınkom sədrindən açıqlama
-
Prezident Malayziyanın yeni səfirini qəbul etdi - FOTOLAR
-
Bu sənəd artıq kağızla verilməyəcək - YENİLİK
-
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar
-
İlham Əliyev Avstriyanın Azərbaycanda yeni səfirini qəbul etdi - FOTOLAR
-
Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - “Boz kardinal” nə deyəcək?
-
Rusiya bütün Donbası ələ keçirənədək dayanmayacaq - Peskov
-
Məktəblərin maliyyələşməsi dəyişir: 100 təhsil müəssisəsində yeni sistem
-
Prezident dərman istehsalı müəssisəsinin açılışında - FOTOLAR
-
“Alim Qasımov toyumda oxumaq üçün 15000 istədi“ - Pünhan Piriyev
-
Yəməndə qızğın döyüşlər gedir - 1700-dən çox husi döyüşçüsü öldürülüb
-
Böyük Britaniya Çin avtomobillərinə rüsum tətbiq etməyə hazırlaşır - “The Times“
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
Vaşinqton və Minsk yaxınlaşır - 30 min tonluq yük yola düşdü
-
Avtomobil idarə etmə üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO
-
Həmin partlayış bu antiperspirantlara görə olubmuş - VİDEO
-
Neftin qiyməti 100 dollardan aşağı düşmür: Bloomberg 5 səbəb açıqlayıb
-
Adnan Əhmədzadənin “Grand-Mart“ında böhran? - Vergi borcu 1.2 milyonu ötdü
-
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
-
Zəfərin ilk müjdəçisi - Cəbrayıl
-
Cəbrayılın işğaldan azad edilməsi Vətən müharibəsində qazanılan ilk döyüş uğurları idi
-
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
-
Şakiranın konsertinə Dua Lipa gələrsə - VİDEO
-
Tramp aralıq seçkilərlə bağlı iddialı danışıb: “Böyük sürpriz olacaq”
-
Gələn ildən artırılacağı gözlənilən minimum əməkhaqqı kimlərə şamil olunacaq? - VİDEO
-
Həyat yoldaşını qətlə yetirən şəxs Vətən müharibəsi qazisi imiş - ŞOK DETALLAR
-
Azərbaycan vətəndaşlarına Rusiyada döyüşmək üçün şirnikləşdirici pullar təklif edirlər - VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - VİDEO
-
Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu? - İLGİNC
-
Pensiyalar nə qədər artacaq? - Yeni məbləğ açıqlandı
-
Zidan Ronaldu barədə: “Onun sayəsində inanılmaz kuboklar qazandım“
-
“Bu mənasız müharibəni dayandırın” - Merts Kiyevdən Putinə çağırış etdi
-
Tramp Super İntellekt Qüvvəsi yaratdı - 120 gün vaxt verdi
-
Paşinyanla “Mossad“ı nə birləşdir - ABŞ nəşrindən şok iddialar
-
Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO
-
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
-
“Tramp Marşrutu” bizim marşrutumuzun rəqibi deyil” - Kobaxidze
-
Britaniya hökuməti geri addım atıb - “Andlılar məhkəməsi” qalacaq
-
İran XİN-dən diplomatların ABŞ-dan qovulmasına münasibət: “Cəfəngiyyat və yalandır“
-
“Azərbaycana hücum ailəyə edilən hücumdur” - Hulusi Kılıç
-
Betonun üstündə yaşıllıq axtarışı: Bakını yaşıl şəhərə çevirmək mümkün olacaq?
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Montellanın taleyi bəlli olur: Türkiyə millisindən ayrılsa, nə qədər təzminat alacaq?
-
Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - Maraqlı görüntülər
-
Səyahət planları kabusa çevrilə bilər: Turpaket alarkən nələrə diqqət etməlidir?
-
İran ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı tədbirlər görüb - Pezeşkian
-
Bakıda yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Məkkə Müdafiə Alyansı genişlənir: 6-dan çox ölkə yeni hərbi pakta qoşulmaq istəyir
-
Cəbrayıl rayonunun işğaldan azad olunması tarixi əhəmiyyət daşıyır
-
Azərbaycana 10,8 milyard dollarlıq investisiya: Hansı sahələrdə dəyişiklik olacaq?
-
Bakıda daha bir dəbdəbəli toy - Kutsi də gəldi (VİDEO)
-
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama
-
ABŞ İran müharibəsindən dərs çıxarmalıdır - Medvedev
-
Ölkənin avtobus parkı “qocalır“ – 61 faizinin yaşı...
-
Kiyevdə daha bir körpü hədəfə alındı - Nəqliyyat dayandırıldı
-
Müharibə yaxınlaşır: Baltikyanı ölkələr müdafiəyə ciddi hazırlaşır
-
Bakıda fərdi ev uçdu - Ölən və yaralanan var - Video
-
“Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı” - Video
-
Abşeronda yaşayış binasında partlayış: Xəsarət alan var
-
Bu ərazilərdə temperatur -5 dərəcəyədək enib - Fotolar
-
2030-a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? - HƏDƏFLƏR
-
Nazir 400-ə yaxın müəllimi təltif etdi – SİYAHI
-
Paytaxtın ən ucuz mənzilləri - 30 min manatdan başlayır
-
Azərbaycanla delimitasiya prosesi dostluq ruhunda davam etdiriləcək - Kobaxidze
-
Nüvə güclərinin liderləri ilə yaxşı münasibətlər vacibdir - Tramp
-
Cəbrayıl şəhərin erməni işğalçılarından təmizlənməsindən 6 il ötür
-
Cəbrayılın işğaldan azad olunmasından 6 il ötür
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir?
-
Məşhur şirkətlərin rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
-
İran yenidən bombalanacaq - Tehran böyük hücuma hazırlaşır
-
6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
-
Britaniyalıların 49%-i Aİ-yə qayıtmaq istəyir - “The Guardian”
TOP 10
ARXİV






