“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Partiyanın dövlət pulu: vəsait necə bölünəcək?

Tarix 22.11.22, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


“Siyasi partiyalar haqqında” qanunun yeni layihəsi dövlət maliyyə yardımı qaydalarının dəyişməsini nəzərdə tutur.

Qüvvədə olan qanuna görə, illik yardımın 5 faizi namizədləri Milli Məclisə son seçkidə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentə düşməyən siyasi partiyalar arasında bölünməli, qalan vəsait Milli Məclis partiyalarına ayrılmalıdır.

Noyabrın 21-də Milli Məclis “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantını dərc edib (İlkin layihə sentyabrın 7-də təqdim olunmuşdu). Novator.az bildirir ki, layihəyə görə, dövlət yardımının 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanır; 50 faizi Milli Məclisin say tərkibinə (125-ə) bölünür, alınan məbləğ siyasi partiyalardan seçilmiş deputatların sayına vurulmaqla müəyyən edilən məbləğ əsasında paylanır; 5 faizi Milli Məclisə təkrar və əlavə seçkilər nəticəsində, həmçinin deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisdə təmsil olunan yeni siyasi partiyalara ayrılır; 2,5 faizi irəli sürdüyü namizədlər Milli Məclisə seçkidə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünür; 2,5 faizi həmin siyasi partiyalar arasında qazanılmış səslərin sayına uyğun olaraq proporsional qaydada bölünür.

Hazırda Milli Məclisdə Yeni Azərbaycan Partiyası 69, Vətəndaş Həmrəyliyi Partiyası 3, Respublikaçı Alternativ, Demokratik İslahatlar, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ana Vətən, Milli Cəbhə, Vəhdət, Vətəndaş Birliyi, Demokratik Maarifçilik partiyaları 1 mandata sahibdir.

Azərbaycanda 60 partiyanın dövlət qeydiyyatı var.



Xəbərin oxunma sayı : 271




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap