Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Pensiyaçılara da nəqliyyatda güzəştli kartlar veriləcək? - Deputat

Tarix 09.11.24, 20:14

Font ölçüsü : - / +
bitmap-img6


Bu günlərdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov  "Azərbaycan Müəllimi” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.
 
Xatırladaq ki, müəyyən güzəştləri əhatə edən belə kartlar tələbələr üçün də hazırlanıb, hətta artıq Bakı Dövlət Universitetində təqdim edilib.

Hələki güzəştli kartların tətbiqini təhsil sahəsində görürük.

Bəs başqa kimlərə bu kartlardan verilə bilər?

Bizim.Media məsələylə bağlı danışan millət vəkili Vüqar Bayramov belə kartların pensiyaçılara verilməsini təklif edir:

"Ümumiyyətlə, xüsusilə nəqliyyatda güzəştli kartların tətbiqini təklif edirik. İnkişaf etmiş ölkələrdə belə kartlardan istifadə olunur. O ölkələrin praktikasına baxsaq, güzəştli kartlardan tələbələr, təhsil işçiləri o cümlədən pensiyaçılar istifadə edirlər.

Çünki pensiyaçılar üçün güzəştli kartlar çox önəmlidir, onların sosial təminatının qorunması baxımından vacibdir. Bu kartlar nəqliyyatda güzəştli qiymətlərlə səfər etmək imkanı verir, hətta bəzi ölkələrdə pensiyaçıların nəqliyyat xərclərini dövlət qarşılayır”.

Deputat vurğulayıb ki, sosial qayğıya ehtiyacı olan vətəndaşlara belə kartların verilməsi məqsədəuyğundur. Çünki bu onların sosial təminatının daha da güclənməsinə gətirib çıxara bilər.

"Təklifimiz odur ki, bizdə də oxşar olaraq pensiyaçılara, tələbələrə və bir sıra digər həssas qruplara xüsusilə nəqliyyatda güzəştli kartlardan verilsin”.




Xəbərin oxunma sayı : 568




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap