Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Rusiyalı hərbi ekspert:“Moskva İrəvana Su-30 vermir “

Tarix 13.05.19, 14:17

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Su-30-ları Ermənistana yox, Ermənistandakı Rusiya bazasına tədarük edir.

Bunu “1in.am” saytına müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Perenciyev deyib.

“Söhbət alışdan yox, Ermənistandakı Rusiya aviabazasının silahlandırılmasından gedir. Hələlik Ermənistana qırıcı satışı haqqında heç bir söhbət yoxdur. Mən bu məlumatların haradan yayıldığını bilmirəm. Yeri gəlmişkən, bu, Azərbaycanda narahatlığa səbəb olur. Yenə də deyirəm ki, Su-30 qırıcıları Ermənistana yox, buradakı Rusiya aviabazasına tədarük edilir. Mən Ermənistan müdafiə nazirinin bəyanatından xəbərdaram, amma o, arzularını həqiqət kimi qələmə verir. Aydındır ki, bu, Ermənistanda yaxşı səslənir, hər kəs nazirə inanır, amma mən Rusiyadayam və bilirəm ki, bu, sadəcə, Türkiyənin Su-57 qırıcılarını almağa hazırlaşması ilə bağlı verdiyi bəyanat kimi səsləndirilən sözlərdir. Heç kim nə Türkiyəyə, nə Ermənistana, nə də başqa kiməsə qırıcı satmağa hazırlaşmır”, – deyə o bildirib.

O, Rusiyanın Azərbaycana və Ermənistana silah satmamaq barədə qərarının olduğunu deyib:

“Bunun tam qadağan olunduğunu deyə bilmərəm, amma bu, hələlik dondurulub. Ermənistan bizim KTMT üzrə müttəfiqimizdir və biz onlara hava hücumundan müdafiə sistemləri təqdim edə bilərik. Burada heç bir problem yoxdur. Hücum xarakterli silahı isə biz nə Azərbaycan, nə də Ermənistana tədarük edəcəyik. Bu, hərbi-siyasi yanaşmadır”.

Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə naziri David Tonoyan və Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Rusiyadan 4 ədəd Su-30CM təyyarəsi alınacağını bəyan ediblər. İrəvan hətta bununla bağlı ilkin ödənişi də etdiyini bildirib. /Axar.az



Xəbərin oxunma sayı : 205




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap