“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“KİV haqqında” qanun ləğv olunur

Tarix 17.06.21, 19:21

Font ölçüsü : - / +
bitmap-img6


“Media haqqında” yeni qanun layihəsi artıq hazırdır. Bu sənədin yaxın zamanlarda Milli Məclisə təqdim edilməsi gözlənilir. Qanun layihəsi ilə tanış olmuşam, kifayət qədər müasir sənəddir”.

Bu sözləri Modern.az-a Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O qeyd edib ki, “Media haqqında” qanun layihəsində medianın vəzifələri, media-cəmiyyət, media-hakimiyyət məsələləri, jurnalistlərin hüquqları kifayət qədər müasir tələblər əsasında qoyulur:

“Bu qanuna ehtiyac var idi. Yeni qanun mediada yaranmış hərc-mərcliyi aradan qaldıracaq, medianın cəmiyyətdə yerini və rolunu beynəlxalq standartlara uyğunlaşdıracaq. Əminəm ki, qanun layihəsi qəbul olunacaq. Bununla media sahəsində qanunvericilik baxımından yeni mərhələ başlayacaq”.

Ə. Amaşov hesab edir ki, yeni qanun layihəsi qəbul edilən kimi qüvvədə olan qanuna ehtiyac qalmayacaq: 

““Kütləvi İnformasiya Vasitələri haqqında” qanun layihəsinin ləğv ediləcəyini demək hələlik tezdir. Çünki yeni qanun layihəsi parlamentdə müzakirəyə çıxarılmalı, təsdiq edilməlidir. Amma “Media haqqında” qanun layihəsi qəbul edilərsə, çox güman ki, “KİV haqqında” köhnə qanuna ehtiyac qalmayacaq”.



Xəbərin oxunma sayı : 391




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap