“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Paytaxtın bu ərazisində mənzil qiymətləri əl yandırır - 2 MİLYON MANAT!

Tarix 20.11.26, 21:35

Font ölçüsü : - / +
bitmap-img6


Bakının daşınmaz əmlak bazarında qiymətlərin artması Nərimanov rayonunda daha qabarıq şəkildə özünü göstərir. Əmlak saytlarında yerləşdirilən yeni elanlar təsdiqləyir ki, rayonda həm daxili kreditlə satılan yaşayış komplekslərində, həm də hazır yeni tikililərdə mənzillərin dəyəri əvvəlki dövrlərlə müqayisədə xeyli yüksəlib.

Nərimanovda mənzillərin bahalaşması bir neçə əsas amillə əlaqələndirilir.

İlk növbədə, rayonun şəhərin mərkəzinə yaxın olması, "Nəriman Nərimanov", "Gənclik" və "Bakmil" metro stansiyalarının yaratdığı rahat nəqliyyat imkanları alıcıların bu əraziyə marağını daim yüksək saxlayır. Bundan əlavə, rayonda böyük ticarət mərkəzlərinin, universitetlərin, parkların və iş yerlərinin çoxluğu insanları həm yaşamaq, həm də mənzili kirayə vermək üçün bu zonaya cəlb edir. Eyni zamanda, paytaxtda aparılan söküntü işləri, tikinti materiallarının bahalaşması və yeni binalar üçün boş torpaq sahələrinin məhdudlaşması mənzillərin satış qiymətini yuxarı qaldırır.

Əmlak saytlarındakı hazırkı elanlar qiymət səviyyəsini aydın göstərir. Belə ki, "Nəriman Nərimanov" metrosu yaxınlığında yerləşən 16 mərtəbəli yeni tikilinin 11-ci mərtəbəsində sahəsi 285 kvadratmetr olan 5 otaqlı mənzil 2 850 000 manata satışa çıxarılıb. Həmin ərazidə 17 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 142 kvadratmetrlik 3 otaqlı mənzil 640 000 manata, 12 mərtəbəli binanın 11-ci mərtəbəsindəki 181 kvadratmetrlik 4 otaqlı mənzil isə 550 000 manata təklif olunur.

Yaşayış komplekslərində daxili kredit imkanları ilə təqdim olunan mənzillərdə də qiymətlər yarım milyon manatı ötür. Məsələn, "Nəriman Nərimanov" stansiyası ətrafında 19 mərtəbəli binanın 9-cu mərtəbəsində sahəsi 165 kvadratmetr olan 3 otaqlı mənzil 547 500 manata, 12-ci mərtəbədəki 153 kvadratmetrlik 3 otaqlı mənzil 505 000 manata, 8-ci mərtəbədə yerləşən 137 kvadratmetrlik 3 otaqlı mənzil isə 500 000 manata elana qoyulub. Eyni ərazidə 16 mərtəbəli binalarda yerləşən 112 kvadratmetrlik 3 otaqlı mənzillər isə mərtəbə və təmirindən asılı olaraq 360 000 və 470 000 manata satılır.

Bu zonada ikiotaqlı mənzillərin qiyməti də kifayət qədər yüksəkdir. "Gənclik" metrosu yaxınlığında 17 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 93 kvadratmetrlik 2 otaqlı mənzil 390 000 manata, həmin binanın 4-cü mərtəbəsindəki eyni sahəli mənzil isə 350 000 manata satışa çıxarılıb. "Nəriman Nərimanov" metrosu ətrafında 16 mərtəbəli binanın 13-cü mərtəbəsindəki 90 kvadratmetrlik 2 otaqlı mənzil 385 000 manata, "Bakmil" metrosu yaxınlığında 16 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 125 kvadratmetrlik 3 otaqlı mənzil isə 390 000 manata alıcılara təqdim edilir.

Mövcud elanlar göstərir ki, Nərimanov rayonunda yeni tikililərdə mənzillərin satış qiyməti xeyli yüksəkdir və bu ərazi Bakının ən bahalı yaşayış zonalarından biri kimi mövqeyini qoruyur./yenisabah/



Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap