“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Hansı rayonlarda insanlar kafe-restoranlarda nə qədər pul xərcləyib? - Tam siyahı

Tarix 20.11.26, 21:17

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda iaşə (kafe, restoran və s.) dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə iaşə dövriyyəsi 8% artıb.

Qeyd edək ki, iaşə dövriyyəsinin 70,5%-i və ya 1 milyard 628,4 milyon manatı paytaxt Bakının payına düşüb.

Onu da qeyd edək ki, adambaşına ən çox dövriyyə Naftalan şəhərində qeydə alınıb.

Belə ki, hesabat dövründə Naftalanda adambaşına düşən iaşə dövriyyəsi 1 098,3 manat olub. Bu, ölkə üzrə orta göstəricidən təxminən 4,9 dəfə çoxdur.
Reytinqdə ikinci yerdə Bakı qərarlaşıb. Paytaxtda adambaşına düşən göstərici 690,6 manatdır. İlk beşliyə, həmçinin Qəbələ (261 manat), Xankəndi (248,9 manat) və Xızı (217,6 manat) daxildir.

Şirvanda bu göstərici 187,6 manat, Göyçayda 177,4 manat, Bərdədə 158,5 manat, Naxçıvanda 152,2 manat, Gəncədə isə 144,8 manat təşkil edib.
Ən aşağı göstəricilər isə Ağdam, Füzuli və Laçında qeydə alınıb. Belə ki, bu ilin ilk 9 ayında Ağdamda adambaşına düşən iaşə dövriyyəsi cəmi 30 qəpik, Füzulidə 1,2 manat, Laçında 3,6 manat olub. Kəlbəcərdə bu rəqəm 3,9 manat, Daşkəsəndə isə 17,2 manat təşkil edib.




Xəbərin oxunma sayı : 181




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap