Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

“Mançester Yunayted“ hazırkı vəziyyəti dəyişməlidir“ - Ronaldo

Tarix 13.01.22, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo "qırmızı şeytanlar"ın ambisiyaları və mentaliteti haqda danışıb. 

Qol.az "Sky Sports"a istinadən xəbər verir ki, o, komandanın Premyer Liqada ilk 3-lükdən aşağı olmasını qəbul etmədiyini deyib: "Düşünürəm ki, yaxşı bir şey yaratmaq üçün bəzən köhnə bir şeyi məhv etmək lazımdır. Bəs niyə olmasın, yeni il, yeni həyat və ümid edirəm ki, “Mançester Yunayted” azarkeşlərin istədiyi səviyyəyə çata bilər. Azarkeşlər buna layiqdirlər. İndi biz nəyisə dəyişə bilərik. Mən bir şeyi dəyişdirməyə necə başlayacağımı bilirəm, amma bunu deməyəcəyəm, çünki bunun mənim üçün etik olacağını düşünmürəm. Deyə bilərəm ki, biz daha yaxşı oynaya bilərik. "Mançester Yunayted" hazırkı vəziyyəti dəyişməlidir. Mən burada altıncı, yeddinci və ya beşinci yerləri tutmaq istəmirəm. Qalib gəlmək və rəqabət aparmaq üçün buradayam. Düşünürəm ki, biz artıq rəqabət yaradırıq, lakin hələ də ən yaxşı səviyyəmizə çatmamışıq. “Mançester Yunayted”in daha yaxşılaşmaq üçün getməli olduğu uzun yol var".

Qeyd edək ki, "Mançester Yunayted" hazırda Prmeyer Liqanın turnir cədvəlində 31 xalla 7-cidir. 



Xəbərin oxunma sayı : 958




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap