Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Avro-2024 və “Copa America”nın növbəti finalçıları da bəlli oldu – VİDEO

Tarix 11.07.24, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


İngiltərə yığması Niderlandı 2:1 hesabı ilə məğlub edərək Avro-2024-ün final mərhələsinə yüksəlib.

AzFakt.com xəbər verir ki, 7-ci dəqiqədə “Narıncılar”ın heyətində Xavi Simmons fərqlənib.
18-ci dəqiqədə isə onların qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini Harri Keyn dəqiq yerinə yetirib və bərabərliyi bərpa edib.
Oyunun ikinci hissəsinə əlavə edilən ilk dəqiqədə ingilislərin heyətində Olli Uotkins topu qapıdan keçirib və yekun hesabı müəyyənləşdirib.
Bununla da, İngiltərə ikinci dəfə Avropa Çempionatının finalına çıxıb. Onlar iyulun 14-də Berlində İspaniya yığması ilə qarşılaşacaqlar.


Kolumbiya ABŞ-də keçirilən futbol üzrə Amerika Kuboku (Copa America) turnirində finala yüksəlib.
Argentinalı Nestor Lorenzonun rəhbərlik etdiyi komanda Uruqvay yığmasını minimal hesabla məğlub edib.
Yeganə qolu 39-cu dəqiqədə “Kristal Pelas”ın yarımmüdafiəçisi Hefferson Lerman vurub.
Birinci hissəyə əlavə edilən ilk dəqiqədə Kolumbiya millisinin və “Kristal Pelas”ın müdafiəçisi Daniel Munyos ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılsa da, Uruqvay yığması say üstünlüyünü qola çevirə bilməyib.
İyulun 15-də keçiriləcək finalda Kolumbiyanın rəqibi kanadalıları 2:0 hesabı ilə məğlub edən dünya çempionu Argentina yığması olacaq.





Xəbərin oxunma sayı : 799




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap