Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır

Tarix 23.07.21, 21:02

Font ölçüsü : - / +
bitmap-img6


Şarl Mişelin Azərbaycana səfəri Cənubi Qafqaza səfər çərçivəsində baş tutub. Bu baxımdan, onu söyləmək olar ki, Şarl Mişelin region ölkələrinə səfərində protokol qaydalarına tam riayət edildi, Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxt ayrıldı. 

Ötən illər ərzində Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan ilə Aİ arasında möhkəm təməllərə əsaslanan əməkdaşlıq qurulub. Səfər çərçivəsində bu əməkdaşlığın şaxələndirilməsi imkanları da müzakirə edildi. Avropa İttifaqının üçdəbir hissəsini təşkil edən 9 üzv dövlətlə Azərbaycanın tərəfdaşlıq haqda ikili formatda sazişləri, bəyannamələri mövcuddur. Azərbaycan Cənubi Qafqazın iqtisadiyyatının 70 faizini özündə cəmləşdirməklə hazırda Azərbaycanda Avropa İttifaqına üzv olan dövlətlərdən 1700-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycanla Aİ arasında əməkdaşlığın əsasını ticarət sahəsi təşkil edir ki, bu da Azərbaycanın xarici ticarətinin 40 faizini təşkil edir. Bu da öz növbəsində Cənubi Qafqaz ölkələri arasında ən yüksək göstəricidir.
Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Avropa İttifaqı ilə ötənilki ticarət dövriyəsi 9.5 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda, Azərbaycanın Aİ ölkələrinə ixracı 6.8 milyard ABŞ dolları təşkil edib ki, bu da ölkələrimiz arasında çox səmərəli və uğurlu əməkdaşlığın mövcud olduğunu göstərir. Hazırda Avropa İttifaqı ilə
Azərbaycan arasında tərəfdaşlıq prioritetləri haqqında razılaşma da paraflanıb və yeni saziş üzərində işlər aparılır. Təbii ki, Azərbaycan da Aİ ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Yəni bu əməkdaşlığın inkişaf etdirilməsində hər iki tərəf maraqlıdır və bunun üçün də illərlə qurulan möhkəm təməllər mövcuddur.

Sübhan Qasımov



Xəbərin oxunma sayı : 370




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap