Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Azərbaycanlı müğənni 1 milyon ziyana düşüb - VİDEO

Tarix 24.10.23, 11:02

Font ölçüsü : - / +
bitmap-img6


Müğənni Fədayə Laçın Moskvada oğlu Əhləmlə işlətdiyi restoranı bağladığını açıqlayıb.

Bu haqda sənətçi "Rəngarəng səhər" verilişinə müsahibəsində deyib.

Rusiyaya köçüb orada musiqi fəaliyyətini davam etdirən sənətçi restoran biznesi ilə vidalaşdığını söyləyib:

"Rusiyaya təzə gedəndə restoran biznesinə əl qoyduq, amma sonradan gördük ki, bu iş bizlik deyil. Restoran işinə Əhləmə görə başladıq ki, o, iş adamı olsun. O da şair, incəsənət adamıdır. Dedi ki, "ana məndən iş adamı olmaz". Sonra da gördük ki, restoran biznesi bizlik deyil və onu bağlamağa qərar verdik".

Fədayə Laçın restorana görə hətta borca-xərcə düşdüyünü bildirib:

"Bəli, borca düşdük, amma zamanında restoranı bağlamasaydıq, daha çox ziyana düşərdik. Elə ona görə də restoranı bağladıq. 1 milyon rubldan bir az artıq (17800 manat) ziyana düşdük. Ömür boyu mən ziyana düşə-düşə gedirəm".

Sənətçi təməlli Vətənə geri dönəcəyi ilə bağlı suala belə cavab verib: "Bax, bunu deyə bilmərəm. Bunu Allah bilir. Gələcək haqqında bir söz deyə bilmirəm. Allah nə zaman qismət edərsə, qayıdaram Bakıya. Amma hələ Moskvadayam".

Fədayə Moskvada özünə ev almadığını deyib: "Hələ ev almamışam. Çünki orada hər şey bahadır. Ev almaq heç də asan iş deyil. Amma planlarımda var və məqsəd də odur".

Sənətçi Azərbaycan şou-biznesi ilə maraqlanmadığını bildirib:

"Heç kimi izləmirəm və heç kimdən xəbərim də yoxdur. Şou-biznesdə baş verən hadisələrdən xəbərim yoxdur. Onlar mənə maraqlı deyil. Kimə lazımdır axı? Heç maraqlı da deyil".




Xəbərin oxunma sayı : 913




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap