Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Tarix 08.08.24, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

Bu barədə “Azəriqaz” İB-dən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi, Nərimanov rayonunda siyirtmənin təmir olunması, Qaradağ rayonunda yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və qaz tənzimləyicilərin quraşdırılması, "Cəlilabad" QPS-də sənaye xətti ilə əhali xətti arasında əlaqələndirici qaz xəttinin quraşdırılması, Kürdəmir rayonunda isə yeraltı qaz kəmərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə 09.08.2024-cü il tarixində saat 10:00-dən etibarən qaz təchizatının  dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə paytaxtın  Xəzər rayonunun, Nərimanov rayonunun (Azadlıq, Z. Bünyadov prospektləri, M. Araz, M. Əlizadə, Ş. Rəhimov, X.Şuşinski, Y.V.Çəmənzəminli küçələri), və Qaradağ rayonunun (Ümüd qəsəbəsi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin Cəlilabad (rayon mərkəzi və 17 kənd) və Kürdəmir rayonlarının da (rayon mərkəzi və 18 kənd) qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.



Xəbərin oxunma sayı : 838




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap