Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“ Nura çimərlik geyimində - FOTO Aygün Kazımovadan cəsarətli klip - VİDEO Aysel Əlizadə çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 19 İyul 2021

    Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“

  • / Maqazin / — 15 İyul 2021

    Nura çimərlik geyimində - FOTO

  • / Maqazin / — 13 İyul 2021

    Aygün Kazımovadan cəsarətli klip - VİDEO

  • / Maqazin / — 09 İyul 2021

    Aysel Əlizadə çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 07 İyul 2021

    Azərbaycanlı aparıcı çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 03 İyul 2021

    Pərvindən çimərlik geyimində - FOTOLAR

Bu zənglərin arxasında nə dayanır? - “Dəhlizin açılması yubanarsa, demək Kremlin planları dəyişib“

Tarix 23.06.21, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


"Günün başlanğıcında əvvəlcə Azərbaycan və Rusiya xarici işlər nazirləri telefonla danışdılar, bundan bir neçə saat sonra isə Azərbaycan prezidenti Rusiya prezidentinə zəng etdi. Bu zənglərin arxasında nə dayanır? Yayılan xəbərlərdə tərəflərin ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparıldığı bildirilsə də, danışıqlarda əsas mövzunun bu olmadığını söyləmək mümkündür".

AzFakt.com xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. 

Politoloq xatırladıb ki, xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların, xüsusilə Dağlıq Qarabağda humanitar problemlərin həllinə dair razılaşmaların həyata keçirilməsinə toxunublar:

"Telefon danışığında Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin ortaq sədrliyi ilə Üçtərəfli İşçi Qrupunun bölgənin münaqişədən sonrakı inkişafına verdiyi mühüm töhfə vurğulanıb.

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə sonrakı telefon söhbətində də bu məsələyə toxunub. Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib".

Elxan Şahinoğlunun fikirincə rəsmi Bakı Nikol Paşinyanın parlament seçkisində qələbəsini təmin etməsindən sonra prosesləri sürətləndirməyə qərar verib:

"Prezidentlərin telefon danışığında "bəyanatların həyata keçirilməsinin praktik aspektləri” ifadəsi də bundan xəbər verir. Bakı Moskvanın diqqətini üçtərəfli bəyanatların sürətlə icrasına yönətlmək istəyir. Söhbət Zəngəzur dəhlizinin işə düşməsindən keçir. Yəni Bakı istəyir ki, Moskva dəhlizin açılmasını yubatmadan İrəvana təsir etsin. Bu Moskvanın imkanı daxilindədir.

Dəhlizin açılması yubanarsa və telefon zənglərinin nəticəsi olmazsa, demək Kremlin planları dəyişib. Məsələn, bu telefon danışıqlarının fonunda Rusiya Xarici İşlər Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, "müxtəlif tərəflərdən müxtəlif dövrlərdə qeyri-sabitləşdirici xarakterli bəyanatları müntəzəm olaraq eşidirik”. Mariya Zaxarova fikrini belə davam edib: "Bu cür bəyanatlar insanlarda sabah üçün qorxu yaradır və onların əldə olunmuş razılaşmaların reallaşması ilə bağlı inamlarına zərbə vurur. Təxribat xarakterli, saxta bəyanatlar... Bu dövrdə hansı bəyanatlar olmadı ki?”"

"Çox ciddi ittihamlardır. Rusiya təmsilçiləri keçmişdə olduğu kimi işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyurlar. Mariya Zaxarova əldə olunan razılaşmadan danışırsa, həmin razılaşmada göstərilən dəhlizin açılmasının sürətlənməsi vacibliyindən də danışmalıydı. Danışmadı...", - deyə politoloq şərhini tamamlayıb.



Xəbərin oxunma sayı : 676

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda