Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Dünyada “Omikron“ həyəcanı - Avropada yeni qadağalar qüvvəyə minir

Tarix 03.12.21, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


Ötən həftə Cənubi Afrikada aşkarlanan "Omikron" ştammı sürətlə yayılmaqdadır. Dekabrın 2-də onlarla ölkədə yeni yoluxmalar qeydə alınıb.

Avropa Birliyinin səhiyyə agentliyinin məlumatına görə, bu ştamm növbəti aylarda Avropada COVID 19-a yoluxmaların yarıdan çoxunu əhatələyə bilər. Artıq ABŞ-ın dörd ştatında "Omikron"a ümumilikdə səkkiz yoluxma aşkarlanıb. Pasiyentlərin hamısı tam peyvəndlənmiş olublar, simptomları da yüngüldür.

Prezident Co Bayden dekabrın 2-də beynəlxalq səyahətçilər üçün yeni test qaydaları elan edib. O, amerikalılara vəd edib ki, tezliklə evdə pulsuz COVID-19 testləri əldə edəcəklər.

Alimlər "Omikron"un "Delta" ştammından daha yoluxucu olub-olmadığını, vaksinlərin ona necə təsir göstərdiyini araşdırırlar. Ümumdünya Səhiyyə Təşkilatı "ÜST) bu sualların bir neçə həftəyə cavablandırılacağını bildirib.

Almaniya Kansleri Angela Merkel elan edib ki, peyvənd olunmayanlar, yaxud COVID 19-a indiyədək yoluxmayanlar ictimai həyatın əksər hissəsindən kənar qalacaqlar. Vəzifəsindən getməkdə olan Merkel bu tədbirləri xəstəxanaların həddən artıq yüklənmə riskiylə izah edib.

Sözügedən şəxslərin barlara, restoranlara, kinoteatrlara girişi yasaqlanacaq. Hazırda ölkədə həftəlik yoluxma əmsalı hər 100 min nəfərə 350-dir. Almaniya parlamenti bir neçə həftəyə ölkədə vaksinin məcburi edilməsini müzakirəyə çıxaracaq.

Norveç Oslo və ətrafında COVID19-a qarşı yeni qaydalar elan edib. Çünki ötən həftə Milad naharına qatılmış onlarla peyvəndli şəxslər arasında şübhəli yoluxma dalğası başlayıb. İndilik "Omikron"a yalnız bir yoluxma təsdiqlənib.

İctimai nəqliyyatda, ticarət mərkəzlərində, mağaza və taksilərdə üz maskaları məcburi elan edilib. İnsanlar mümkün olduqca evdən işləyəcəklər. Qapalı özəl tədbirlərə 100-dən çox adamın qatılmasına icazə verilməyəcək.

"Delta"ya yoluxmaların artması onsuz da Avropanın bir çox ölkələrində müxtəlif qadaların yenidən tətbiqinə səbəb olmuşdu.

ÜST başçısı Tedros Adhanom Gebreyesus xəbərdarlıq edib ki, aşağı vaksinasiya və test səviyyəsinin zəhərli qarışımı ştammların çoxalaraq yayılmasına səbəb olur. (azadliq.org)



Xəbərin oxunma sayı : 955




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap