|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
II Qaregin Xankəndinə minalar basdırdı... - Rus sülhəramlılar buna niyə şərait yaratdı?
Tarix 06.06.21, 14:42 |
|
Düşmən başımızı Kəlbəcərdə törətdiyi xain terror aktı ilə qatdı, bu günlərdə o “qan çanağı”nın – Eçmiədzindəki erməni kilsəsinin baş keşişi II Qaregin rahatca Laçın dəhlizindən keçib Qarabağa gəldi. Əslində iki günlük səfər xəbəri əvvəlcədən yayılmışdı, ancaq nədənsə nə bizim dini idarəmiz, nə də rəsmi qurumlarımızdan Qareginə xəbərdarlıq edilmədi.
Bütün ermənilərin katalikosunun bütün fəaliyyəti Qarabağda gərginlik ocağını çatmaqdan ibarət olub. Hətta Şeyxülislamın ona ünvanladığı sülh təşəbbüslərinə də müsbət reaksiya vermədi ötən illərdə. İndi beləsinin Xankəndidə, Xocavənddə nə ölümü var idi? Laçın dəhlizinə nəzarəti həyata keçirən Rusiya sülhməramlıları Qaregini hansı əsasla Azərbaycan torpağına buraxıblar, bəlkə rəsmi Bakıdan icazə almışdı?!
Əgər baş keşiş 44 günlük müharibədən sonra rus hərbçilərin kölgəsinə sığınaraq Qarabağa qayıdan 25-30 min erməninin başına ağıl qoymaq, “adam kimi yaşayın” demək üçün gəlsəydi, yendə də güzəşt etmək olardı. Amma erməni mediasına baxın, Qaregin Qarabağda hərbçilərlə görüşüb, onların başına ağıl qoymaq əvəzinə faktiki olaraq terroru davam etdirmək üçün “hərbçi” qiyafəsində olan terrorçu tör-töküntülərinə dua edib.
Daha sonra baş keşiş Qarabağdakı baş terrorçu Araik Arutyunyanla birgə görüşlər keçirdi, əllərini sallayaraq Azərbaycan ərazisində sərbəst dolaşdı. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti nədən belə özbaşınalıqlara şərait yaratdı? Özü də Qaregin Qarabağa məhz Kəlbəcərin Susuzluq kəndində 2 jurnalist həmkarımıza və rəsmi şəxsə qarşı terror aktı törədilən anlarda ölkəmizə qanunsuz olaraq daxil oldu. Təsadüfdürmü?..
Hələ bu, azmış kimi, Ermənistan milli təhlükəsizıik xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan da Laçın dəhlizindən keçərək, Azərbaycan ərazisinə gəlib. “Şərəf duyuram” blokundan baş nazirliyə namizəd olan Vanetsyanın Xankəndidə II Qareginlə bir araya gəldiyi barədə də xəbər var. Bu, nə deməkdir? Nə ixtiyarla Xankəndidə, Xocalıda, Xocavənddə sülənirlər bunlar?
Qaregin Xocavənddəki alban məbədinə də gedib. Onların ayağını birdəfəlik kəsməsək, barmaq əvəzinə, biləyimizdən yapışacaqlar. Budur, erməni mətbuatı xəbər yayıb ki, ermənilər Xocalı ərazisində evlər tikirlər. Xocalıda! Heysiyyatımızla oynayırlar!!!
Azərbaycan dövlətinin başçısı Ermənistanın keçmiş XİN rəhbəri Ara Ayvazyana Qarabağa qanunsuz gəldiyinə görə xəbərdarlıq etmişdi. Ondan sonra Ayvazyan nəinki Qarabağa gələ bildi, hətta postundan da getdi. Demək, növbəti kəskin xəbərdarlığın-iynənin zamanı çatıb...
Yeri gəlmişkən, həm Kəlbəcərdəki terror, həm də Ermənistandan Qarabağa qanunsuz səfərlər Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun Bakıya gəlişindən bir gün sonra baş verdi. Rusiya diplomatının qəfil səfərinin təfərrüatı məlum olmadı. Məntiqlə, ermənilər bu səfər zamanı özlərini daha sakit aparmalı idilər. Əksi oldu. Niyə?
Daha bir şübhəli məqam. Nə Rusiya sülhməramlıları Qaregin və Vanetsyanın Xankəndiyə qanunsuz səfərinə reaksiya verib, nə də Kəlbəcərdəki terror aktına. Hətta Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko da açıqlamasında bildirib ki, Azərbaycan jurnalistlərinin həlak olması ilə bağlı Rusiya Jurnalistlər İttifaqı rəsmi bəyanatla çıxış etməlidir.
Sitat: “Həmin bəyanatda başsağlığı ifadə olunmalı və rəsmi İrəvandan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi, eləcə də erməni diversantların Azərbaycan ərazilərinə göndərilməsinə son qoyulması tələb olunmalıdır”. Rusiya hakimiyyəti öz vətəndaşının səsini eşidəcəkmi?..
Azərbaycan vətəndaşları terrorun qurbanı olub, amma Moskva susur. Erməninin burnu qanasa, zəng-zəng dalınca gələrdi...Ötən ay Azərbaycan əsgərləri Zəngəzurda sərhəd nöqtələrini dəqiqləşdirəndən dərhal sonra Ermənistandakı rus hərbçilər sərhəddə düzüldülər, hətta İrəvandakı rus səfir Sergey Kopırkin Zəngəzura gəldi, Gorusdakı rus hərbçilərlə görüşdü. Yəni “uşaqlar, möhkəm dayanın!” Yoxsa, səfirin orda nə işi vardı?
Budur, ermənilər təşəkkür edir ruslara, “sakitliyi təmin etdikləri üçün...” Ən qəribəsi budur ki, Qarabağ erməniləri ilə rus sülhməramlıları arasında insident baş verib, erməni mediası xəbəri yayır, Rusiya tərəfi isə məsələni qabartmaqda maraqlı görünmür. Deməli, Rusiyanın Azərbaycana məxsus kənd təsərrüfatı məhsullarına qoyduğu qadağa da təsadüfü deyil, azərbaycanlı gənci heç bir əsas olmadan qətlə yetirən rus polisinin dərhal azad olunması barədə qərarın verilməsi də.
Bir neçə il öncə Şəmkir sakini olan azərbaycanlı gənc də Rusiyada terrorçusayağı saxlanılmışdı, ona dəhşətli işgəncələr verilmişdi, nümayişkəranə şəkildə. Azərbaycanın ictimaiyyət nümayəndələri, hətta Rus İcması məsələ ilə bağlı Rusiya rəhbərliyinə müraciət edib, amma nəticə olacaqmı?
Bundan əvvəl “İsgəndər-M” raket komplekslərinin Ermənistana verilməsilə bağlı da müraciətə reaksiya verilmədi...Yenə də gözləyək. Əgər Rusiya terrora məruz qalan ölkənin yox, terrorçunun yanında olacaqsa, Qarabağdakı sülhməramlı kontingent öz missiyasının hüdurlarını aşacaqsa, o halda Azərbaycanın da deməyə sözü olacaq.
Əks təqdirdə gərginliyin yenidən alovlanacağı şübhəsizdir. Çünki Qaregin Qarabağa elə-belə gəlməmişdi. Erməni hərbçinin başını sığallaması çox şeyi deyir. Onun burada basdırdığı minalar daha təhlükəlidir. Nə vaxtsa partlayacaq...(musavat.com.)
II Qareginin Qarabağa gəlməsini “AzPolitika.info”-ya şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, erməni diversantların sərhəddə gərginlik yaratmaları gündəlik həyatımıza çevrilib: “Ordumuz, sərhədçilərimiz gücü çatdığı qədər bu təxribatların qarşısını alır. Əlbəttə, o yerdə ki, ora hərbçilərimiz nəzarət edir. Amma, dünən ermənilərin ən böyük diversantı, gec partlayan minaları basdırmaq üzrə ən böyük mütəxəssis sərhədimizi keçib və Qarabağa girib. O yerdən keçib ki, biz ora nəzarət edə bilmirik. Laçın dəhlizini keçən ən yekə erməni diversant, təxribatçı, mina basdıran bütün ermənilərin katolikosu II Qaregin Xankəndindədir. Onu keçmiş separatçı lider Bako Saakyan və bir sürü Eçmiadzin din xadimləri müşayət edir. II Qaregini Qarabağ üzrə yepiskopla birlikdə Rusiya sülhməramlıları komandanının inanclı hərbiçilərlə iş üzrə köməkçisi Boris Qrişin ata da qarşılayıb. Təəccüblü heç nə yoxdu, fevral ayında da Qrişin erməni mərasimində ön cərgədə idi”.
İ. İsmayıl II Qareginin qeyd edib ki, Zəngəzura, Gorusa, Şurnux kəndinə səfər edən II Qareginin son dayanacağı Qarabağ olub: "22 ildir ki, bu vəzifəni daşıyan 70 yaşlı II Qaregin ermənilik deyilən faşist ideologiyasının, Azərbaycan, türk düşmənçiliyinin başında dayanıb. Həmişə belə olub. Özündən əvvəlki 131 patriarx və katolikosların hamısı ermənilik deyilən antibəşəri ideologiyanın başında necə dayanıbsa, bu da elədir”.
Ekspert vurğulayıb ki, katolikosun əsas məqsədi sınmış, psixoloji sarsıntı keçirən Qarabağ ermənilərinə təsəlli vermək, onları Azərbaycana qarşı düşmənçiliyi davam etdirməyə sövq etməkdir: " Görüşdüyü hərbiçilərə, yerli əhaliyə, rejim rəhbərlərinə - “Yaşadığımız çətin sınaqlar və qarşılaşdığımız problemlər bizi birləşdirməli, bizi daha güclü və müdrik etməlidir ki, səhvlərimizdən nəticə çıxarıb vəziyyəti ayıqca qiymətləndirək”- deyən katolikos birliyə, mübarizəyə səsləyir. Kiminlə mübarizə edəcəklər? Azərbaycan xalqı ilə, Azərbaycan dövləti ilə”.
Ekspert xatırladır ki, erməni kilsəsi ASALA terror təşkilatını yaradan, xeyir-dua verən mərkəzdir: “Bu kilsə Türkiyə diplomatlarının qətl edilməsinin təşkilatçısıdır. Katolikoslar isə terrora müqəddəslik donu geyindirən baş terrorçulardır. Tarixən belə olub”.
Xəbərin oxunma sayı : 850
Analiz
Xəbərlər
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
-
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı yeni detallar - Günah kimdə olub? + VİDEO
-
“Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq“ - Ukraynanın Baş naziri
-
Bakıda bu ərazini də sökürlər - Mülkiyyət sahibləri narazıdır + VİDEO
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
-
Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: “Anana oxşayırsan...”
-
“Çin ABŞ-ni məğlub etmək üçün ordu yaradır“ - Amerikalı nazir
-
Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO
-
İsrail Pasxa bayramından əvvəl İrana cavab verməyəcək - ABC
-
Bakı-Quba yolunda bildirişsiz dairə təhlükə mənbəyinə çevrilib - VİDEO
TOP 10
ARXİV