| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Müstəqil Azərbaycan dövləti üçün qurtuluşa gedən yol
Tarix 03.10.23, 8:16 |
|
1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə ikinci dəfə respublikamızda siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı həm bu bəladan xilas etdi. həm də ölkəmizə yeni inkişaf tempi gətirdi. Xüsusilə respublikanın neft sənayesinin bərpası və inkişafı ilə bağlı misilsiz xidmətləri göstərdi.
Belə ki, 1993-cü ildən başlayaraq Ulu Öndərin rəhbərliyi ilə yeni neft strategiyası hazırlandı, xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarı alındı. Qısa müddətdə "Yeni neft strategiyası"nın layihəsi hazırlandı. O dövrdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azəri-Çıraq-Günəşli (dərin sulu hissəsi) yataqlarının işlənməsi üzrə xarici şirkətlərlə danışıqlara başlandı. SOCAR-ın birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdır.
Bu sazişin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu. Azərbaycan nefti dünya bazarına çıxarıldı, ölkəyə valyuta kütləsi daxil oldu və bununla da inkişaf prosesləri başlandı. Ölkəmizdə neft hasilatından qazanılan gəlirlərin şəffaflığının qorunması və məqsədyönlü xərclənməsi üçün 1999-cu il dekabr ayının 29-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Bu mənada, ARDNF Ümummilli Lider tərəfindən əsası qoyulmuş uğurlu neft strategiyasının ayrılmaz hissəsidir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış "Əsrin müqaviləsi" Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. "Əsrin müqaviləsi" respublikamızda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. 1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verildi. 1998-ci ildə AÇG nefti fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlayıb. Bu tarixi müqavilə çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud olduğundan ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi ortaya çıxdı və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. 1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqli haqqında Azərbaycan və Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.
"Əsrin müqaviləsi"ndən sonra xarici şirkətlər ilə daha 34 saziş imzalanıb. 2002-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. "Əsrin müqaviləsi" ulu öndər Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri dahi şəxsiyyətin ikinci şah əsəri oldu. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə neft strategiyası uğurla davam edir. Bu layihənin ən böyük əhəmiyyəti Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi, bu ehtiyatlar hesabına iqtisadiyatının inkişaf etdirilməsi, insanların rifah halının yaxılaşması, ölkədə infrastrukturun yenilənməsindən ibarətdir. Həmçinin Azərbaycanın həm regionda, həm də dünya birliyində siyasi mövqeyi, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçımızın siyasi iradəsi sayəsində 2017-ci ildə "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi ilə bağlı Sazişin müddətinin 2050-ci ilədək uzadılması ilə bu müqavilə, əslində, "İki əsrin müqaviləsi" statusu qazanmış oldu. Belə ki, 2017-ci il sentyabrın 14-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", "TP", "Itochu" və "ONGC Videsh" şirkətlərinin rəsmiləri imzaladılar. Yataqların 2050-ci ilədək işlənilməsi, yeni layihələrə başlanması növbəti 30 ildə respublikamıza bu uğurları davam etdirmək imkanı verəcək.
"Əsrin müqaviləsi"nin uğurla reallaşdırılıması nəticəsində Azərbaycan həm də dünya qaz bazarında aparıcı rollardan birinə yiyələnmək istiqamətində addımlar atmağa başladı, Bakı-Tiflis-Ərzurum Qaz Boru Kəməri layihəsi reallaşdırıldı. Bundan başqa Cənub Qaz Dəhlizi istifadəyə verildi. Cənub Qaz Dəhlizi üç mühüm seqmentdən ibarətdir. Onun birinci güclü qolu Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Azərbaycanın və Gürcüstanın ərazisində 690 kilometr məsafə qət edən Cənubi Qafqaz Boru Kəməri-CQBK-dır. Başlanğıcını Gürcüstan-Türkiyə sərhədindən götürən 1900 kilometr uzunluğunda Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) dəhlizin ortadakı hissəsini təşkil edir. Bu dəhlizin Avropa hissəsi isə TAP - Trans-Adriatik Qaz Boru Kəməri adlanır.
Ulu öndər Heydər Əliyevin yeni neft strategiyasını müasir çağırılara uyğun davam etdirən Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən siyasəti nəticəsində Azərbaycana daxil olan böyük maliyyə resursları sürətli iqtisadi tərəqqiyə, müasir sosial-iqtisadi və mədəni infrastrukturların yaradılmasına, respublika həyatının bütün sahələrinin yenilənməsinə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dinamik inkişafına yönəldilib. Ölkəmizin enerji resurslarından əldə etdiyi gəlirlər həm də əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Böyük fərəh hissi ilə demək olar ki, məhz bu strategiyanın uğurla həyata keçirilməsi nəticəsində son 20 ildə Azərbaycan misilsiz inkişaf yolu keçib. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Məhz bu Ordu öz Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq başlanan qırx dörd günlük Vətən müharibəsində tarixi Zəfər qazanıldı. Qarabağ 30 illik düşmən işğalından azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu gün Azərbaycan 44 günlük Vətən müharibəsindəki tarixi Qələbənin işığında öz parlaq gələcəyinə doğru inamla addımlayır.
Murad Həsənli
Xəbərin oxunma sayı : 520
Sosial
Xəbərlər
-
Prezidentdən xarici ölkələrə ixracla bağlı - FƏRMAN
-
Azərbaycan internetin sürətinə görə neçəncidir? - REYTİNQ
-
Nazir bu xanıma yüksək vəzifə verdi - ƏƏSMN-də təyinat + FOTO
-
“Toylar kralı“ mübahisəsi: Nadir Qafarzadə Manaf Ağayevə cavab verdi
-
Azərbaycanda ixrac gəlirlərinə nəzarət gücləndirilir - Prezident gömrüyə tapşırıq verdi
-
Bağça müəllimlərinin işə qəbulu başlayır - Bir həftə vaxt var
-
Kamaləddin Qafarovun ətrafında narazılıq: şirkətdə əsas söz sahibinin katibəsi olduğu iddia edilir
-
Azərbaycan-Litva münasibətlərində yeni mərhələ: 45 sənəd, 50 milyonluq investisiya
-
Bellinqemdən fantastik, Vinisiusdan aylar sonra qol - VİDOE
-
Prezident Fərman imzaladı:Yeni Mərkəz yaradıldı
-
Abdin Fərzəliyevi bildik, bəs Anar Quliyev? - FOTO/VİDEO
-
Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq - Sabahın havası
-
İnformasiya və rabitə xidmətlərinin dəyəri ən yüksək olan 10 iqtisadi rayon - SİYAHI
-
“ASAN xidmət”in Pakistanda tətbiqi genişləndirilir - Fotolar
-
Prezident Litvanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR
-
Tramp tələsir, Zelenski isə güzəştə getmir... - “Bu, Ukraynanın hesabına olmamalıdır“
-
Azərbaycan, Gürcüstan və Ermənistanda sosial şəbəkə istifadəçiləri - Müqayisə
-
Vasif Talıbovun imzaladığı 50-yə yaxın Fərman - Ləğv olundu
-
Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir
-
“Sənədləri saxtalaşdırıb, malların dəyərini iki dəfə az göstəriblər” - İş adamından şikayət
-
Naxçıvanda bu qurum ləğv edildi - Cabbar Musayev qərar imzaladı
-
Bakıda ev almaq əlçatmaz arzuya çevrilir - bahalaşmanın əsl səbəbi
-
Tramp Kim Çen Inla görüşə bilmir - Məktubunu da geri qaytarıblar
-
Epilepsiya xəstəsi olan qazinin 30 il aldığı müavinət niyə dayandırılıb? - VİDEO
-
“Giləzi-Quşçuluq” kompleksinin direktoru həbs olundu - Məhkəmədən qərar
-
Yaqub Eyyubovun oğlu İngiltərədə 17 daşınmaz əmlak əldə edib: Qiyməti 10 milyon funta yaxındır
-
Zelenski ilə Madyar voleybol oynayıb buzları əritdilər - VİDEO
-
Hövsan Sağlamlıq Mərkəzində rentgen aparatı yoxdur - Xəstələr başqa tibb müəssisəsinə göndərilir
-
“ABŞ İranda hakimiyyət dəyişikliyinə nail olmağa çalışmır“ - Tramp
-
Bir vaxtlar nümunə göstərilən dayanacaqlar indi bərbad vəziyyətdədir - VİDEO
-
Mənzilini sığortalayanlara xəbərdarlıq – Bu hallarda ödəniş verilməyəcək
-
Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi
-
Mehrac Babayev müflis olur - Rusiyada biznesi çökən azərbaycanlı oliqarx tikinti bazarını tərk edir
-
9 ayda 979 min qol saatı idxal edilib - Ən baha və ən ucuz haradan gətirilib?
-
Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır
-
“İbrahimoğlu İnşaat“la bağlı məhkəmə qərarı - Əmlakına həbs qoyuldu
-
Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Pensiya yaşına çatan vətəndaşlar üçün vacib məlumat - Kimlər pensiya ala biləcək?
-
Fuad Allahverdiyevin keçmiş xanımı azadlığa buraxıldı - TƏFƏRRÜAT
-
Ceyhun Bayramov Gürcüstan XİN başçısı ilə müzakirə apardı - FOTO
-
Vətəndaşların torpaq problemi həll olunur? - Qanunvericilikdə mühüm yenilik
-
Sabahdan Bakıya yağış, bəzi rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
-
Media subyektləri şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdır - Mətbuat Şurası
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTO
-
Aqşin Mirzəyev monopoliya yaradıb - Cənub Yük Terminalında özbaşınalıq
-
Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı - 2,2 milyardlıq fond qalmaqalı
-
“Yoxlasan babası lütün biri olub...“ - Deputatdan rüşvətə fərqli baxış
-
Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdi - TƏFƏRRÜAT
-
Bu il tikinti materialları nə qədər bahalaşıb? - Yeni qiymətlər
-
Zaur Mikayılovun oğlu özünə yeni biznes qurdu - Hər satışdan komisiya alır
-
Hakim məhkum ataya güzəşt etdi - Uşaqlarını məktəbə aparacaq
-
Azərbaycanda maaş artımının ən çox və ən az olduğu rayonlar - 4 rayonda azalma olub
-
“Dövlət müəssisəsi dostlar klubu deyil” - Deputatdan qohumbazlığa etiraz
-
Paşinyan media qurumlarını məhkəməyə verib - 4 milyon tələb edir
-
Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı (VİDEO)
-
Övladınıza “TikTok”da nəzarət edə biləcəksiniz - Valideynlərin nəzərinə!
-
Azərbaycanla Vatikan arasında sənəd imzalanıb - FOTOLAR
-
İranın 7 şərti yerinə yetirilmədən ABŞ ilə danışıqlar başlamayacağıq - Qalibaf
-
Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı
-
Azərbaycanda dövlət fondları hesabına verilən kreditlərin biznes kreditlərində payı azalıb - Zakir Nuriyev
-
Mobil internetin sürətinə görə ölkələrin yeni reytinqi açıqlanıb - SİYAHI
-
“Vesta Construction” MMC rəhbərindən 172 nəfərə qarşı dələduzluq - Məhkəməsi başlayır
-
Prezident Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
-
Qızın görüntülərini yayıb cinsi azlıq olduğunu dedilər - Keçmiş rəhbərindən şübhələnir
-
ABŞ hərbçilərinin müşayiət etdiyi üç neft tankeri Hörmüzdə minaya düşüb - SEPAH
-
Milli Məclisin iclası başlayıb - Gündəlikdə 10 məsələ var
-
BDU-da 9 fakültənin dekanı dəyişir - Yeni namizədlər axtarılır
-
Makler qaçıb gizləndiyindən evindən də oldu, pulundan da... - VİDEO
-
İran dünyanın dörd aparıcı gücündən biridir - Qalibaf
-
Azərbaycanın ən gənc deputatı - 30 yaşı var (FOTO)
-
Bakıda yeni işıqforlar bu qaydada çalışacaq - FOTOLAR
-
Təkcə neft deyil: Azərbaycandan daha nələr alırlar?
-
Yaxın Şərq yeni eskalasiyaya tab gətirməyəcək - Qətər baş naziri
-
Azərbaycanda Xəzərin suyu duzsuzlaşdırılacaq - ADB zavod tikintisinə 140 milyon ayırdı
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
“Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik“ - Melaniya Tramp
-
Zakir Fərəcov Adil Xudadatovun “qələmini qırıb“? - “Kamaz“ ləqəbli bələdiyyə sədrinin DOSYESİ
-
NATO-nun baş katibi Cənubi və Şimali Koreyanı səhv saldı - Zaldakılar güldü
-
Saxta pulu həqiqi puldan necə ayırmaq mümkündür? - VİDEO
-
Vətəndaşın pulunu KİM qaytaracaq? - İcbari tibbi sığortada YENİLİK
-
Azərbaycanlılar 10 ayda geyimə bu qədər xərcləyiblər - RƏQƏMLƏR
-
Sol ayağı kəsilən vətəndaşın əlillik pensiyası niyə kəsilib? - VİDEO
-
Keçmiş məmur 29 milyon dollar rüşvət aldı - Edam olunacaq
-
Bakıda “Green Park” hotelin yerləşdiyi bina satışa çıxarıldı - QİYMƏT
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə - Fotolar
-
İnterpol iki azərbaycanlı qadını axtarır - Nədə ttiham olunurlar?
-
Qonaq getdiyi evdən qızıl oğurladı - Lombarda qoyub pul götürdü
-
Apteklərdə oftalmoloji müayinə aparanlarla bağlı - Xəbərdarlıq
-
Huanq “Nvidia”ya qayıtdı - intim macəralar onu durdurmadı
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... – “By Fateh Gənclik” bağlandı
-
“Nar Oyun Mərkəzi”ndə oyna, smartfon qazan
-
Maaşda Bakını üstələyən rayon və şəhər - SİYAHI
-
Binəqədi-Novxanı şosesində müəmmalı tikinti: İcazə varmı?..
-
Azərbaycanlılar üçün Həcc ziyarəti ildən-ilə bahalaşır - 10 ildə 3825 manat artım
-
Həbsdən çıxdı, 9 ay sonra yenidən oğurluq etdi - Bu dəfə 3 il azadlıqdan məhrum edildi
-
Bakı və rayonlarda sabah külək güclənəcək - Xəbərdarlıq
-
Azərbaycan hotellərində kişilər niyə ölür? - ARAŞDIRMA
-
Ev oyunlarında ən çox hansı klublar tamaşaçı cəlb edir? - SİYAHI
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq - Komissiya yaradılıb
-
Ermənistanın zəmanəti İrana kifayət etmir - Tehrandan növbəti TRİP xəbərdarlığı
-
Bakıda film kimi qalmaqal: Evə baxıcı kimi girib milyonluq mirası mənimsədi
-
“TVM İnşaat“ın vergi borcu 13,6 milyonu ötdü - Dövlət komitəsi və nazirliklə iki şübhəli müqavilə
-
Prezident Sərəncam imzaladı - Bu hərbçilər ehtiyata buraxılacaqlar
-
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT!
-
Elçin Babayev işdən çıxarılma xəbərini Astanada alıb - DETALLAR
-
Şokolad qutularında 50 min dollar, alt paltarında xərçəng dərmanları gətirdi - Cəzası qüvvədə qaldı
-
Pərakəndə ticarət dövriyyəsinin 60 faizi Bakının payına düşüb - Siyahı
-
Bu yolda cərimələnə bilərsiniz - Nişanlar dəyişdirilib - VİDEO
-
Azərbaycanda rəqəmsal fırıldaqçılıq kəskin artıb: 3 ayda nə qədər vəsait ələ keçirilib?
-
İsraildə koalisiya danışıqları davam edir - Yəşar və Likud yenidən görüşəcək
-
Əli Kərimlinin məhkəməsinə Ramiz Mehdiyev çağırıldı - Ailəsi ilə birgə
-
Azərbaycan ilə İtaliya arasında sənəd imzalanacaq - Nazir detalları açıqladı
-
“İcra nümayəndəsinin bacısı “Flora Baku”nu sökdürməklə hədələyir” - Video
-
Əlilliyin qiymətləndirilməsində yeni qayda: Bu tələb ləğv edildi
-
Siqaret çəkən oğluna görə arvadını döydü - 1 il qadağa qoyuldu
-
Prezident İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi - FOTO
-
Xankəndidən qənimətləri çıxarmaq istəyən hansı məmur olub? - Yük maşınları postda saxlanıldı
TOP 10
ARXİV






