Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Saakaşvili yataqdan qalxa bilmir...“ - Eks-prezidentin həkimi 5 saat həbsxanada qalıb

Tarix 15.11.21, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


Aclıq aksiyasının 44-cü günündə Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvili xeyli zəifləyib və yataqdan qalxa bilmir.

AzFakt.com "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bu barədə jurnalistlərə siyasətçinin şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib. "O aşağı enə bilmədiyi üçün mən onun yanına, kameraya baş çəkdim. Mən analizlər götürdüm, cavabları əldə etdim. Belə ki, birinci dəfə idi o, yataqdan ayağa dura bilmədi", - Kipşidze bildirib.

Həkim beş saatdan çox həbsxanada qalıb. Onun sözlərinə görə, Saakaşvili aclıq aksiyasını davam etdirir, lakin həyati parametrləri saxlamaq üçün lazım olan dərmanların qəbulunu bərpa edib.

Mixail Saakaşvili ilə vətəndaş nigahında olan, Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko keçmiş prezidentin saxlandığı Qldani həbsxanasına təcili yardım maşınının gəldiyi barədə məlumat yayıb.

Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti məhbus üçün təcili yardım çağırılması barədə məlumatı təsdiqləməyib.

Ədliyyə Nazirliyi məhbusun səhhətinin stabil vəziyyətindən danışıb və əmin edib ki, lazım gələrsə, məhkuma həbsxana xəstəxanasında təcili yardım göstəriləcək. Bu günlərdə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Saakaşvilini aclıq aksiyasını dayandırmağa çağırıb, eyni zamanda hakimiyyətin reabilitasiya prosesi də daxil olmaqla, məhbusa müvafiq tibbi yardım göstərməli olduğunu vurğulayıb. Saakaşvili bu müraciəti nəzərə aldığını bildirib, həkimlər şurası tərəfindən seçiləcək özəl klinikaya köçürüldükdən sonra aclıq aksiyasını dərhal dayandıracağına söz verib. Saakaşvili uzun mühacirətdən sonra oktyabrın 1-də Gürcüstana qayıdıb. Bir müddət sonra həbs olunub. O, elə həmin gündən aclıq aksiyasına başladığını bəyan edib. Amma bir neçə gün öncə Penitensiar Xidmətin çəkdiyi videoda Saakaşvilinin həbsxananın tibb hissəsində yediyi görünür. Saakaşvili elə həmin gün etiraz olaraq vitamınlərdən və şirədən imtina etdiyini bildirib.



Xəbərin oxunma sayı : 406




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap