| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Bakıdan çıxan eskadra, Xəzərdə döyüş, saysız-hesabsız qənimət - Ənzəli Əməliyyatı
Tarix 14.07.22, 22:18 |
|
1920-ci il mayın 18-də həyata keçirilən Ənzəli əməliyyatı tarixşünaslıqda az işıqlandırılan hadisələrdən biridir. Həmin gün Bakını az əvvəl işğal etmiş Qırmızı Ordunun Volqa-Xəzər donanması İranın Gilan vilayətində britaniyalı hərbçilərin yerləşdiyi Ənzəli limanına hücum edir. Məqsəd Rusiya İmperiyasına məxsus və vətəndaş müharibəsi sırasında bolşeviklərlə mübarizə aparan antibolşevik qüvvələrin rəhbərlərindən biri, general-leytenant Anton Denikinin nəzarətinə keçən donanmanın müsadirə olunması idi.
Lent.az Azərbaycanda baş verən hadisələrlə birbaşa bağlılığı olan Ənzəli Əməliyyatı barədə materialı təqdim edir.
Rusiya İmperiyasının süqutundan sonra onun nəhəng ərazisində davamlı və çoxsaylı müharibələr başladı.
Bütün Yer kürəsində inqilab yaymaq istəyən bolşeviklər Vətəndaş Müharibəsinin ilk başlarında imperiyanın ucqarlarını sovetləşdirməyə cəhd etdi. Amma Finlandiya və Baltikyanı ölkələrdə yerli kommunistləri hakimiyyətə gətirmək cəhdi baş tutmadı.
1919-cu il ərzində Antanta ölkələrinin milli respublikalara və “ağlar”a dəstək verməsi də bolşeviklərə hücumlar həyata keçirməyə imkan vermirdi. Bu fonda inqilabi aktivliyi Şərqə doğru yönəltmək ehtiyacı yaranmışdı.
Bununla bağlı bolşeviklərin liderlərindən biri Lev Trostki belə qeyd edirdi:
“Siyasi durum elə gətirib ki, Parisə və Londona gedən yol Əfqanıstan, Pəncab və Benqaliyadan keçir”.
1919-cu ilin ortalarında Böyük Britaniya Qafqaz və Mərkəzi Asiya regionunda mövqelərini çox möhkəmləndirir.
Bu dövrdə Xəzər dənizində bolşeviklərlə silahlı mübarizə aparan, Rusiya İmperiyasının sabiq generalı Denikinin güclü donanması mövcud idi.
Qırmızı Ordunun 1920-ci ilin birinci yarısında Şimali Qafqaza yürüşü həmin donanmanın vəziyyətini tamamilə dəyişdi. Bolşeviklər Xəzər donanmasını əllərinə keçirməyə çalışırdılar və Həştərxan, Krasnovodsk (Türkmənbaşı) və Mahaçqalanı nəzarətə almışdılar.
Əsas bazalarını itirən donanma Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Bakıya, oradan isə İranın Britaniya qüvvələrinin nəzarət etdiyi Ənzəli limanına aparılması planlaşdırılırdı.
Amma britaniyalılar şərt qoyaraq Denikinin donanmasının tamamilə tərksilah olunmasını və onların tabeliyinə keçməsini bildirdilər.
“Xəzərin ağqvardiyaçı donanmadan təmizlənməsi nəyin bahasına olursa-olsun gerçəkləşməlidir”, - bunu Sovet İttifaqının Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksandr Nemits Volqa-Xəzər donanmasının komandanı Fedor Raskolnikova məktubunda yazırdı.
Məhz bu günlərdə, 1920-ci il aprelin 28-də SSRİ qüvvələri AXC-nin mövcudluğuna son qoyaraq Bakını işğal etdilər. Bolşeviklər onların Xəzər dənizindəki mövcudluqlarına təhlükə törədən həmin donanmanı ələ keçirmək üçün plan hazırlayırlar.
Bu planın hazırlanmasına Türküstan cəbhəsinin komandanı Mixail Frunze də qoşulur. O, “ağ”ların Ənzəli limanında ingilislərin himayəsi altında olan donanmasını ələ almaq üçün İrana 20-30 minlik hərbi qüvvə ilə müdaxilə etməyi təklif edir.
Neytral İrana hücumun ciddi beynəlxalq qınağa səbəb olmasından ehtiyat edən Sovet rəhbərliyi diplomatik qalmaqalı önləmək üçün əməliyyatda iştirak edəcək qüvvələrin Moskvanın qərarı olmadan addım atdığını bildirməyi planlaşdırırdı.
Mayın 17-də Volqa-Xəzər donanmasının 14 gəmidən ibarət eskadrası reyd üçün Bakıdan çıxaraq İran istiqamətinə yol alır. Gəmilərin göyərtəsində 2 minə qədər döyüşçü var idi. Onların sayəsində Ənzəli sahillərinə desant çıxarılması və qısa müddətə limanın mühasirəyə alınması planlaşdırılırdı.
Mayın 18-i səhər sovet donanması Ənzəliyə yaxınlaşaraq ingilislərdən kapitulyasiya etməyi və “ağ”lardan qalan bütün donanmanı onlara verməyi tələb etdilər.
Cavab verilmədiyi üçün tezliklə gəmilərdən ingilislərin Ənzəlidəki sahil batareyaları atəşə tutulmağa başlandı.
Artilleriya atışlarından biri şəhərdə ingilis qüvvələrinin qərargahına düşdüyü üçün döyüşlərin idarə edilməsi ilə bağlı böhran və qarışıqlıq yaşandı. Britaniya hərbçiləri Ənzəlidən geri çəkilmək əmri aldı və gəmilərin az bir hissəsini də götürərək daha təhlükəsiz olan Rəşt şəhərinə geri çəkildilər.
Plana uyğun həyata keçirilən əməliyyat zamanı bolşeviklərin 1 döyüşçüsü ölür, 10 nəfər isə yaralanır. Minimal itkilər və ələ keçirilən zəngin qənimət Moskvada böyük sevinclə qarşılansa da, onlar neytral ölkə statusuna malik İranın limanına edilən hücumu kənar qüvvələrin etdiyini deyərək məsuliyyətdən yayınır.
1920-c il mayın 23-də SSRİ-nin xarici işlər üzrə xalq komissarı Georgi Çiçerin İrana müraciət edərək Ənzəlidəki əməliyyatın SSRİ rəhbərliyinin icazəsi olmadan keçirildiyini açıqlayır.
Britaniyanın “Times” qəzeti 28 may tarixli buraxılışında bu münasibətlə yazırdı:
“İranın Ənəzli limanının ələ keçirilməsi Yaxın və Orta Şərq boyu yayılmış və tezalışan materialın yanğına çevrilməsi üçün kiçik qığılcım ola bilər”.
1920-ci ilin iyununda Ənzəlidə qənimət kimi ələ keçirilən müxtəlif ölçülü 20 gəmi, 50 top, onlar üçün 50 min mərmi, həmçinin, radiostansiya, azuqə ehtiyatları və s. Bakıya daşınır.
Ənzəli əməliyyatı bolşeviklərin vətəndaş müharibəsi sırasında həyata keçirdiyi ən uğurlu dəniz əməliyyatı kimi tarixə düşüb.
Xəbərin oxunma sayı : 763
Xəbərlər
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
-
“Dubayda tutulmuşam“ deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı
-
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
-
Kəmaləddin Heydərov yeni qərar imzaladı - Kimlərə şamil olunacaq?
-
Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq
-
Azərbaycan təbii qazı Yunanıstana 545, Türkiyəyə isə 272 dollara satıb - Siyahı
-
Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları
-
Məhkəmə “City Construction Group”un xaricə pul köçürməsi ilə bağlı qərar verdi - TƏFSİLAT
-
Azərbaycanda nə qədər dəvə var və hansı rayonlarda saxlayırlar? - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Mən xalqın baş məşqçisiyəm” - Sergen Yalçın
-
Pekin sürətlə qocalır: Əhalinin 1/3-i yaşlı olacaq
-
Azərbaycan bu ölkəyə hamıdan çox araq satıb - Hətta Rusiyadan da
-
Maşını nömrəsiz sürən qazilər həbs olundu - TƏFƏRRÜAT
-
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
-
TikTok, YouTube, Instagram… – Sosial şəbəkələrdən qazananlar hansı vergiləri ödəməlidir?
-
Azərbaycanda boşanmaq neçəyə başa gəlir? - Araşdırma
-
“Biznes TV“ maliyyə çətinliyi ilə üzləşib: Əməkdaşların bir hissəsi işdən ayrılıb
-
“İri Şəhərlərin Su Təchizatı“na yeni icraçı direktoru təyin edildi - FOTO
-
Metropoliten rəisinə yeni müavin təyin olundu - Sərəncam
-
Böyük Qayıdış davam edir - Xocalı və Ağdərəyə köç olub
-
Azərbaycan dünya çempionatına hazırdır - FIFA
-
İran “bombaların atası”nı düzəldib - Kimə qarşı istifadə edəcək?
-
Bu xidmətlər üzrə 20 illik vergi güzəşti tətbiq ediləcək - Prezident təsdiqlədi
-
Putindən hökumətdə mühüm - Kadr dəyişiklikləri
-
Ali Məhkəmə kürəkənini öldürən şəxsin cəzasını 8 il azaltdı - Təfərrüat
-
Orxan Məmmədov Yardımlıya icra başçısı təyin edildi - DOSYE + FOTO
-
“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə“ dəyişib - FƏRMAN
-
Prezident sərəncam imzaladı - Elçin Yusubov vəzifəsindən azad edildi + DOSYE
-
Avropada gizli kəşfiyyat savaşı - Bu əməliyyat baş tutsaydı...
-
Hakim kürəkənini öldürdürən qayınatanı məhkəmə zalından sərbəst buraxdı - DETALLAR
-
Yolda xətlərin görünməməsi çaşqınlıq yaratdı - VİDEO
-
Azərbaycana gələn əcnəbilərin sayı 117 min nəfər azalıb - STATİSTİKA
-
Fransa ilə ABŞ arasında ciddi gərginlik - Makron Trampa sərt cavab verdi
-
Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Dələduzluq
-
Azərbaycanda bir uşağın 18 yaşına qədər böyüdülməsi neçəyə başa gəlir? - Araşdırma
-
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
-
Moskvaya misli görünməmiş PUA hücumu: Silah zavodu vuruldu
-
ABŞ və İsrail İrana yeni zərbələr planı hazırlayır - “The New York Times“
-
Vergi Xidmətindən getdi, “AZCON Holding“də vəzifəyə təyin edildi
-
Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı
-
Səudiyyə Ərəbistanında hava limanına hücum olub: ölən var
-
ABŞ hazırda İranla danışıqlar aparmır - Tramp
-
İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
-
Sayğac var, amma abonent kodu yoxdur - VİDEO
-
“Tovuz-Baltiya”nı kimlər ələ keçirmək istəyir - Mehdiyev klanının “konyak reketliyi”
-
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
-
“Regional Su Meliorasiya“ QSC-də dəyişiklik - Yeni icraçı direktor təyin olundu
-
Zelenski müharibənin dondurulmasına hazır olduğunu açıqladı - Şərtləri var...
-
Ərdoğan İlham Əliyevə zəng etdi - Rəsmi açıqlama
-
Bakıda məmurun xanımı lükə düşərək xəsarət aldı - AAYDA rəsmisi cərimə edildi
-
Həbs tədbirinə baxan məhkəmə nəyi yoxlamalıdır? - Konstitusiya Məhkəməsi izah etdi
-
“Müctəba Xamenei atasının izi ilə getməyə qərar verib” - Netanyahu
-
Agentlik 13,6 milyon manatlıq hazır yemək alır - Bir ədəd yemək 11,5 manata yüksəlib
-
Bakıda nəqliyyat sıxlığını azaldacaq yeni yol - İşlər nə yerdədir?
-
Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir - Məsud Pezeşkian
-
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar DƏYİŞDİ
-
Zelenski 9,5 milyon ukraynalını ölkəyə qayıtmağa çağırıb - “Fox News”
-
Statistika Komitəsində yeni təyinatlar - Kadr dəyişiklikləri oldu + ADLAR
-
Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı alan neçə nəfər var? - Siyahı
-
Elm və Təhsil Nazirliyi bu şirkətlərə 9,4 milyon manat ödəyəcək - BUNA GÖRƏ
-
Paytaxtın bitməyən ÇUXUR BƏLASI: Yolları kim təmir etməlidir
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı - Sərəncam
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Lənkəranda 4 mərtəbəli otel 2,2 milyon manata hərraca çıxarıldı - Fotolar
-
TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq - Mirzoyan
-
Azərbaycanda istilik bu tarixdən veriləcək - RƏSMİ
-
Putin Mayamidə G20 sammitində iştirak edə bilər - Marko Rubio
-
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - SİYAHI
-
Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini cərimələdi - TƏFƏRRÜAT
-
Naxçıvanda vəzifəli şəxs saxlanılıb - Mənimsəmədə ittiham olunur
-
Kollecdən universitetə imtahansız qəbul ləğv olunacaq? – Mühüm DETALLAR
-
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Neft Fondu 126 milyard manatı harada saxlayır? - Siyahı
-
Xalçalarını yuyulmağa verdilər, geri ala bilmədilər: Saxlanılan var
-
Bakıya və rayonlara yağış yağacaq - Sabahın havası
-
Azərbaycan XİN 31 türkiyəlinin adını “qara siyahı“ya saldı - Aralarında millət vəkili də var
-
İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - FOTO
-
Mətbuat Şurasından xəbərdarlıq - Jurnalistlərin adından saxta “WhatsApp” hesabları yaradılır
-
Bakıda şirkət rəhbəri saxlanıldı - Dələduzluqda ittiham olunur
-
İbrahimova yüksək rütbə verildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Azərbaycan məktəblərində “TikTok“a giriş məhdudlaşdırılıb - Nazir müavini
-
Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
-
Tramp Ukraynanı müharibəni dayandırmağa çağırdı - “Moskva hərbi üstünlüyə malikdir...”
-
Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
-
Suraxanı rayonunda əsas yolun asfalt örtüyü dağılıb - VİDEO
-
Xalq artistinin kürəkəni həbs olundu - Nədə ittiham olunur? + FOTO
-
ABŞ, Ukrayna və Avropa Rusiya ilə dialoq üzrə ortaq mövqeyə gəliblər - “Axios”
-
Sumqayıtda məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VİDEO
-
Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib evə giriblər“
-
ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq - İran XİN
-
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
-
Mobil telefonlar da POS-terminal kimi istifadə olunacaq - VİDEO
-
Azərbaycanda qiyabi təhsil ləğv edilir? -Gözlənilən yeni sistem
-
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
-
Xırdalanda binanın inşası zamanı layihədən kənar iş görülür? - VİDEO
-
20 oktyabr - Zəngilan Şəhəri Günü- gələcəyə istiqamətlənən yeni həyat mərhələsinin simvolu
-
20 oktyabr – Zəngilan şəhəri günüdür
-
Zəngilanda aparılan quruculuq işləri
-
Zəngilan rayonunun da işğaldan azad olunması cəbhədə hərbi üstünlüyümüzü daha da cücləndirdi
-
AQEM-in 7-ci Sammiti: Unikal dialoq platforması
-
Füzuli Zəfərin və Böyük Qayıdışın simvoludur
-
Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib
-
Füzuli uğrunda gedən döyüşlər Ordumuzun şücaətinin göstəricisi idi
-
AQEM-in 7-ci zirvə görüşü Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasındakı rolunu nümayiş etdirdi
-
Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir
-
Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr sarsılmazdır - Hakan Fidan
-
Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil - Edi Rama
-
Rusiya Baş Konsulluğu Qazaxıstan XİN-ə nota göndərib - Repçi Navainin həbsi ilə əlaqədar
TOP 10
ARXİV






