“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Mən Azərbaycana pul yox, uğur qazanmağa gəlmişəm“ - De Byazi

Tarix 08.03.23, 15:13

Font ölçüsü : - / +
bitmap-img6


"Mən bu mövzuda danışmağı sevmirəm. Sosial mediada yazılanların 90 faizi səhvdir. Bu tarixən belə olub. Bütün millilərdə qələbəyə görə mükafat olur".

Qol.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi İctimai TV-də yayımlanan "Bol İdman" verilişində deyib.

Həmçinin oxuyun: "De Byazi işlədiyim ən yaxşı məşqçilərdən biridir" - Ansi Aqolli

Milli komandanın futbolçularının maaş almadığını xatırladan italiyalı mütəxəssis hansısa uğurlu nəticədən sonra verilən mükafatın normal olduğunu bildirib: "Mən 2011-ci ildən milli komandalarla işləyirəm. Həmişə belə olub. Təbii ki, insan bir işi ilk olaraq sevdiyi üçün görür və qarşılığını da görmək istəyir. Uğur varsa bunun müqabilində mükafatlandırılması da normaldır. Futbolçular millidə maaş almırlar. Burada belə şeylərə çox fikir verirlər. Nə qədər qazandı? Neylədi? Amma daha çox fikirləşmək lazımdır ki, necə edək qələbə qazanaq. Əsas məsələ yaddan çıxır".

De Byazi qeyd edib ki, Azərbaycana ancaq uğur qazanmaq üçün gəlib: "Mən bura pul qazanmağa gəlməmişəm. Mən bura uğur, nəticə qazanmağa gəlmişəm. İstəsəydim, işləməzdim hazırda evdə ailəmlə oturub rahat yaşayardım".



Xəbərin oxunma sayı : 850




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap