“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycan KKTC-ni rəsmən tanıya bilər – “Avropa Bakıya təzyiq göstərməyə çalışır“

Tarix 13.10.23, 19:45

Font ölçüsü : - / +
bitmap-img6


“Kuzey Kıbrıs Türk Cumhuriyyətinin (KKTC) lideri Ersin Tatar Bakıda jurnalistlərin suallarına cavab verərkən “bilirik ki, Avropa Birliyi və bəzi ölkələr bizə görə Azərbaycana təzyiq göstərməyə çalışırlar” dedi. O, “qəti şəkildə Kuzey Kıbrıs Türk Cumhuriyyətini tanımayın” deyə narahatlıq yaradırlar” cümləsini işlətməsi ilə diqqət çəkdi”.

AzFakt.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu “Facebook” hesabında yazıb.

Təhlilçinin sözlərinə görə, KKTC Cumhurbaşqanının sözlərindən aydın oldu ki, söhbət yalnız Yunanıstan və Kipr Yunan Respublikasından getmir, Avropanın digər dövlətləri də rəsmi Bakını xəbərdar etməyə çalışırlar:“Azərbaycan Avropa İttifaqının üzvü deyil, Brüssel və ya Paris bizim KKTC-ni rəsmən tanımaq qərarımıza qarışa bilməz. Digət tərəfdən, Azərbaycanın KKTC-ni tanımasına qədər başqa zəruri addımlar atılmalıdır. Ersin Tatar da jurnalistlərə verdiyi açıqlamada, “tanınma məsələsi bir qədər sonra da ola bilər” deməklə rəsmi Bakını tələsdirmədiyinə işarə verib.

Açıklama yok.

Birincisi, Azərbaycanla KKTC arasında iqtisadi və ticarət əlaqələrinin qurulmasına ehtiyac var. Ersin Tatar da ilk növbədə bu mövzuya diqqət ayırmağı lazım bilib.

İkincisi, Bakı ilə Lefkoşe arasında birbaşa təyyarə reysinin açılması zəruridir. Azərbaycan vətəndaşları KKTC-yə getmək istəyərkən bunu İstanbul üzərindən reallaşdırmaq məcburiyyətindədir. Birbaşa təyyarə reysləri əlaqələrin inkişafında müstəsna rol oynaya bilər. KKTC öz ali təhsil müəssisələri ilə məşhurdur. Birbaşa təyyarə reysləri KKTC universitetlərində təhsil alan azərbaycanlı gənclərin işini də asanlaşdırar. KKTC həm də turistik məkandır. Birbaşa təyyarə reysləri iki dövlət arasında turizmə də təkan verər.

Üçüncüsü, Azərbaycanın KKTC-də ilkin mərhələdə nümayəndəliyinin açılmasına ehtiyac var. KKTC-nin Azərbaycandakı nümayəndəliyi illərdir fəaliyyət göstərir, eynisinin də paytaxt Lefkoşedə fəaliyyəti mümkündür”.

Açıklama yok.

E.Şahinoğlu xatırladır ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündə Kuzey Kıbrıs Türk Cumhuriyyətinin nümayəndəsinin iştirakını, öz bayrağı ilə təmsil olunmasını xüsusi vurğuladı.

Ekspert bildirir ki, “Kuzey Kıbrısın bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaq” deyən dövlət başçısı bununla iki dövlət arasında əlaqələrin daha üst səviyyəyə qalxacağına işarə etmiş oldu:“Bu açıqlamadan sonra KKTC Cumhurbaşqanının Bakıya gəlişi bu siyasətin tərkib hissəsidir».





Xəbərin oxunma sayı : 655




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap