Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Səfirin qardaşı oğlu yüzlərlə insana qarşı dələduzluq edib: Bulut Bağcı kriptovalyuta işini necə “qurub?”

Tarix 18.03.24, 23:07

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Azərbacandakı səfiri Cahit Bağcının qardaşı oğlu Bulut Bağcının qurduğu geniş şəbəkə vasitəsilə çox sayda insana külli miqdarda zərər vurduğu bildirilir. 

AzFakt.com xəbər verir ki, bu barədə Türkiyə mediasında yayımlanan məlumata əsasən, “World Tourism Forum”un keçmiş rəhbəri olan 38 yaşlı Bulut Bağcı “Tourism X” (TRMX) adlı kriptovalyuta biznesinə baş vuraraq yüzlərlə şəxsə qarşı dəyərli milyon dollarla ölçülən dələduzluğa yol verib. Qeyd olunur ki, zərərçəkənlər Bağcıya qarşı bu ittihamla artıq prokurorluğa müraciət ediblər.



Qeyd olunur ki, Bulut Bağcının ulduzu 2016-cı il İstanbul Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında keçirilən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və bir çox dövlət rəsmilərinin qatıldığı Dünya Turizm Forumunda (World Tourism Forum) parlayıb. 

Bu sektorda müəyyən fəaliyyət göstərdikdən sonra Bağcı “iş yönü”nü dəyişdirərək kriptovalyuta işinə baş vurdu və “Tourism X” adlı layihəsinin başlanğıcında topladığı pullarla beynəlxalq turizm layihələrinə sərmayə qoyulması və müştərilərin otel və təyyarə kimi səyahət elementlərini məhz həmin kriptovalyuta əsasında qarşılamalarına çalışdı. O bu vədlərlə çox sayda insanı layihəyə cəlb edə bildi. 

Başladığı iş çərçivəsində Çadın Mədəniyyət, Tarixi İrs, Turizm və Əl Sənətləri Nazirliyi ilə ölkənin paytaxtı Ncamenada otel tikintisi üçün 8,2 milyon dollarlıq müqavilə imzalasa da, öz öhdəliyini yerinə yetirmədi. 

Maraqlıdır ki, Bağcı öz fəaliyyətinin ciddiliyini göstərmək üçün hər yerdə Ərdoğanın adından gen-bol yararlanıb, onunla çəkdirdiyi şəkilləri paylaşaraq öz haqqında rəy yaratmağa nail olub. 

Lakin sonunda Bağcının toruna düşmüş 13 nəfər prokurorluğa müraciət edərək onun tərəfindən təqribən 15 milyon dollar dəyərində dələduzluğa məruz qaldıqlarını bildiriblər.

Qeyd edək ki, əslən Çorumdan olan Bulut Bağcı Türkiyənim Azərbaycandakı səfiri Cahid Bağçının qardaşı oğludur.

Açıklama yok.




Xəbərin oxunma sayı : 1354




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap