Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Ən ağır cəza Hikmət Həsənovun köməkçisinə tələb edildi - “Tərtər işi”

Tarix 21.09.24, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


"Tərtər işi” üzrə mühakimə edilən sonuncu dəstənin də məhkəmə istintaqı tamamlanıb.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror təqsirləndirilən beş nəfərin ayrı-ayrılıqda "Tərtər işi” cinayətindən təqsirli bilinmələrini- Fuad Ağayevin 15 il, Cavid Ağadadaşov və Qurban Cümşüdovun 13 il, Fuad Axundovun 11 il, Ramil Əhmədovun isə 10 il azadlıqdan məhrum edilməsini tələb edib.

F.Ağayev, C.Ağadadaşov və Q.Cümşüdov əvvəldən başqa işə görə məhkum edilmişdilər. İttihamçının cəza tələbində müttəhimlərin əvvəlki cəzaları da birləşdirilib. 

"Tərtər işi” üzrə yenilənmiş istintaqla həbs edilənlərdən bu günə kimi ən ağır cəza Fuad Ağayevə tələb edilib. Ağayev cinayət baş verən dövrdə sabiq korpus komandiri general-mayor Hikmət Həsənovun hüquq məsələləri üzrə köməkçisi işləyib.

Hakim müdafiəçilərə çıxışa hazırlanmaları üçün vaxt verib. 

Qeyd edək ki, "Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. İstintaqı Baş Prokurorluğun İstintaq İdarəsi aparır.



Xəbərin oxunma sayı : 958




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap