Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Kühül dağı zəbt edilib? - “Bura millətindir, hər hansı vətəndaşın şəxsi mülkiyyəti deyil“

Tarix 08.06.25, 14:34

Font ölçüsü : - / +
bitmap-img6


Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Kühül dağı Bakı sakinlərinin, xüsusilə də alpinistlərin və alpinizmə marağı olanların sevimli məkanlarından biridir. Alpinistlərin sözlərinə görə, son vaxtlar ərazi baxımsız vəziyyətdə qalıb və zəbt edilir.

"Bura millətindir, hər hansı vətəndaşın şəxsi mülkiyyəti deyil ki, gəlib ev tiksin. Bilmirəm, bu problemin öhdəsindən gələn yoxdur, yoxsa həlli ilə məşğul olan aidiyyəti qurum mövcud deyil?" - deyə alpinist Fərdin İsazadə narazılığını bildirib.

AzFakt.com xəbər verir ki, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bakıxanov qəsəbəsi, 4-cü Bərgüşad küçəsində satışının həyata keçirildiyi deyilən torpaq sahələri "Kühül dağı" adlanan təbiət abidəsinin üzərindədir.

Qeyd edilən torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılmaması üçün "Azərbaycan Alpinizm Federasiyası" İctimai Birliyi və Bakıxanov bələdiyyəsindən Sabunçu Rayon İcra Hakimiyyətinə bir neçə müraciət daxil olub.

Müraciətlərə əsasən, torpaq sahələrində tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə icazə verilməsi barədə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən inzibati icraat başlanıb. Bununla bağlı torpaq sahələrinin mülkiyyətçilərinə məlumat göndərilib. İnzibati icraat yekunlaşdıqdan sonra məsələ ilə bağlı son qərar tərəflərə bildiriləcək.

Ətraflı Baku TV-nin süjetində:








Xəbərin oxunma sayı : 958




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap