“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Trampdan Kanadaya sərt xəbərdarlıq - Hokkey və Stenli Kuboku körpüyə qurban gedəcək?

Tarix 10.02.26, 12:45

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ dövlət başçısı Donald Tramp bəyan edib ki, rəsmi Ottava Vaşinqtona strukturun mülkiyyət hüququnun 50 faizini təhvil verməyənə qədər Ontario ilə Miçiqanı birləşdirən körpü istifadəyə verilməyəcək.

Bu barədə Ağ Ev rəhbəri öz sosial media hesabında paylaşım edib.

"Kanada ABŞ-yə layiq olduğu ədaləti və hörməti göstərənədək həmin körpünün açılışına icazə verməyəcəyəm. Danışıqlara dərhal start verəcəyik. Onlara təqdim etdiklərimizi nəzərə alsaq, bu aktivin ən azı yarısı bizim olmalıdır", - deyə ABŞ prezidenti qeyd edib.

Tramp iki dövlət arasında sözügedən problemin yaranmasına görə ABŞ-nin keçmiş prezidenti Barak Obamanı ittiham edib.

Həmçinin ABŞ prezidenti Kanada hökumətinin Çinlə razılaşma əldə etmək niyyətlərini yenidən tənqid atəşinə tutub. O xəbərdarlıq edib ki, əgər belə bir hal yaşanarsa, Kanadada hokkeyi dayandıra və Stenli Kubokunu birdəfəlik ləğv edə bilər.

Xatırladaq ki, ABŞ lideri daha öncə Ottava və Pekin arasındakı yaxınlaşmaya cavab olaraq, Kanadadan gələn bütün məhsullara 100% gömrük rüsumu tətbiq ediləcəyini elan etmişdi.




Xəbərin oxunma sayı : 289




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap