“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Anasını necə öldürəcəyini “ChatGPT”dən soruşub - Azərbaycandakı qətlin təfərrüatı

Tarix 09.03.26, 17:52

Font ölçüsü : - / +
bitmap-img6


Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı yeniyetmənin məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Lətifov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində qətlə səbəb kimi anasının “TikTok”da tanımadığı şəxslə səmimi yazışmalarını göstərib. Bu yazışmaları görən yeniyetmə Kifayət Lətifovaya 15 bıçaq zərbəsi endirərək onu öldürüb.

Maraqlıdır ki, yeniyetmə qətldən öncə “ChatGPT” ilə söhbətləşib. Onun telefonuna baxış keçirilən zaman “ChatGPT” ilə yazışması aşkar olunub. Həmin mesajlarda təqsirləndirilən şəxs süni intellektdən anasını öldürməsinin üsul və vasitələrini, anasını öldürdükdən sonra törətdiyi hadisənin hüquqi nəticələrini və az cəza almaq üçün istintaqa necə ifadə verməli olduğunu soruşub.

Hadisə zamanı A.Lətifovun atası və qardaşı evdə olmayıb. O, daha sonra qonşuluqda yaşayan əmisigilə gedib və anasını öldürdüyünü deyib. Yeniyetmə əməlindən peşman olduğunu bildirib.

Məhkəmədə K.Lətifovanın “TikTok”da yazışdığı iddia olunan şəxs də ifadə verib. O, həmin şəxsi tanımadığını, evli olduğu üçün mesaj bölməsinə başqa qadınlardan gələn SMS-lərə baxmadan sildiyini bildirib:

“Ümumiyyətlə, “TikTok”da mesaj bölməsində operativ cavab kimi 3 smayl işarəsi var - ürək, gülüş və ağlamaq smaylları. Mən də həmin şəxsə 1 dəfə ürək smaylı atmışam. Qarşı tərəf özünü təqdim etməyib. Cinayət işi ilə bağlı prokurorluğa dəvət olunmağıma dair çağırış vərəqəsi göndəriləndə, “TikTok”da xəbəri görəndən sonra qadının kim olduğunu bilmişəm. Lakin qadının ölümü ilə aramızda nə kimi əlaqə olduğunu bilməmişəm”.

Qeyd edək ki, A.Ləitfov cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkəcək.



Xəbərin oxunma sayı : 169




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap