Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Putin qadağan edib, amma işləyir... - “Telegram” yenə Rusiyada liderdir

Tarix 27.04.26, 20:32

Font ölçüsü : - / +
bitmap-img6


“Telegram” bloklanmasına baxmayaraq, Rusiyada ən populyar mesajlaşma tətbiqi olaraq qalır.

Bu barədə "Kommersant" nəşri “Mediascope” məlumatlarına istinadla məlumat yayıb. Məlumatda deyilir ki, qadağan olunmasına baxmayaraq, Rusiyada mart ayında “Telegram”-dan təxminən 94,3 milyon insan və ya ölkə əhalisinin 76,5%-i istifadə edib. Onun orta gündəlik əhatə dairəsi 72,2 milyonu keçib. Bunun üçün rusiyalıların VPN-dən istifadə etdikləri qeyd olunur.

Müqayisə üçün, Rusiya dövləti tərəfindən idarə olunan və dövlət qurumları üçün məcburi edilən mesajlaşma tətbiqi “Max”-ın aylıq auditoriyası 83 milyon, orta gündəlik auditoriyası isə 61,5 milyondur.

“Telegram”-ın bloklanması rusiyalıların alternativ xarici platformalara marağını artırıb: mart ayında Asiya mesajlaşma tətbiqlərinin auditoriyası təxminən 60% artıb. Mütəxəssislərin qeyd etdiyi kimi, indi insanlar iki və ya üç mesajlaşma tətbiqindən istifadə edirlər.

Qeyd edək ki, “Roskomnadzor” 2025-ci ilin yayında “fırıldaqçılıq və təxribatla mübarizə” bəhanəsi ilə “Telegram”-ı bloklamağa başlayıb. Əvvəlcə səsli zənglər məhdudlaşdırılıb, sonra media fayllarının ötürülmə sürəti yavaşlayıb. 2026-cı ilin fevral ayında bloklanma daha da artıb. Aprel ayında ölkədə “Telegram”-ın rəsmi əlçatanlığı 5%-ə düşüb. Rusiya mediasının yazdığına görə, bloklanma təhlükəsizlik qüvvələrinin qərarı ilə həyata keçirilir. Lakin bir çox rusiyalı VPN vasitəsilə “Telegram”-dan istifadə etməyə davam edir. Şirkətin təsisçisi Pavel Durov onların sayını gündəlik 65 milyon olaraq qiymətləndirir.

Mart ayının sonlarında aparılan “Levada” Mərkəzinin sorğusu da təsdiqlədi ki, rusiyalıların təxminən yarısı (49% və ya təxminən 71 milyon nəfər) hökumətin bloklamasına baxmayaraq “Telegram”-dan istifadə etməyə davam edir.



Xəbərin oxunma sayı : 232




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap