Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

“Mətbəx Aləmi“ böhranda: Elşən Ağakişiyevin şirkətinin borcu 1,3 milyonu keçdi

Tarix 21.05.26, 18:53

Font ölçüsü : - / +
bitmap-img6


Ev üçün mebel istehsalı ilə məşğul olan "Mətbəx Aləmi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bir milyondan artıq vergi borcu var. 

Qaynarinfo-nun məlumatına görə, şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 1.335.223,3 manata çatıb. 

Nizamnamə kapitalı 100 manat olan, qeydiyyat ünvanı Bakı Şəhəri Yasamal Rayonu, Həsənbəy Zərdabi prospekti 87A ünvanında yerləşən şirkətin qanuni təmsilçisi Ağakişiyev Elşən Allahverdi oğludur. 16.05.2018-ci ildə yaradılan MMC-nin vergi borcunun olmasına baxmayaraq, hələ də aktiv vergi ödəyiciləri siyahısındadır. 

Bir neçə il əvvəl "Construction Technology" MMC və "Mətbəx Aləmi" MMC-nin direktoru olan Elşən Ağakişiyevin adı Bakı şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini və biznesmen Eldəniz Lahıcovla məhkəmə işlərində hallanırdı. Eldəniz Lahıcov hazırda Rusiyada fəaliyyət göstərın 2 şirkətin - "E2E4 Group” və "Lespromınvest”in direktoru və təsisçisdir.

Eldəniz Lahıcov

Mediada gedən məlumatlara görə, Elşən Ağakişiyev və Eldəniz Lahıcovun Rusiya və Türkiyədə də ortaq biznesi var.

Xatırladaq ki, Eldəniz Lahıcov 90-cı illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib. O, 2003-cü 11 il müddətinə azadlıqdan məhrum edilib, 2011-ci ildə əfv sərəncamı ilə azadlığa çıxıb. 



Xəbərin oxunma sayı : 346




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap