“Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

4 mindən çox Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır - Hikmət Hacıyev

Tarix 11.06.26, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


İtkin düşmüş şəxslər məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin ən ağrılı humanitar nəticələrindən biri olaraq qalır.

AzFakt.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” də bildirib.

O,v qeyd edib ki, Birinci Qarabağ müharibəsindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin kimi qeydiyyatdadır.

Hikmət Hacıyevin onu da əlavə edib ki, minlərlə ailə yaxınlarının taleyi və harada olması barədə məlumat almaq kimi fundamental hüquqdan məhrum şəkildə qeyri-müəyyənlik içində yaşamağa davam edir: "Davam edən axtarış, qazıntı və identifikasiya işləri nəticəsində 889 insan qalıqları ekshumasiya edilib, 313 itkin şəxsin kimliyi DNT və məhkəmə-tibbi analizlər vasitəsilə müəyyən olunub, 226 nəfərin qalıqları isə dəfn üçün ailələrinə təhvil verilib".

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 32 kütləvi məzarın aşkarlanması humanitar faciənin miqyasına dair əlavə sübutlar təqdim edir və itkin şəxslərin taleyinin aydınlaşdırılması üçün davamlı əməkdaşlığın zəruriliyini göstərir. İtkin düşmüş şəxslər məsələsinin həlli yalnız humanitar öhdəlik deyil. Bu, həm də ədalət, insan ləyaqəti, barışıq və davamlı sülh məsələsidir. Müəyyən edilən hər bir şəxs bir ailəni yaxınına yaxınlaşdırır. Tapılan hər bir insan qalığı həqiqətin bərpasına və yaddaşın qorunmasına xidmət edir”, - deyə, Hikmət Hacıyev əlavə edib.





Xəbərin oxunma sayı : 316




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap