“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

“TAİS İKF” məktəblərə 3,6 milyon manatlıq hazır yemək satacaq - 3 il əvvəl zəhərlənmə olmuşdu

Tarix 18.06.26, 15:26

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS İKF” MMC (VÖEN – 1400019741) olub.

Yeniavaz.com xəbər verir ki, “TAİS İKF” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə nazirliyin bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı ilin I rübü ərzində hazır yeməklə təminatını həyata keçirəcək.
Nazirlik yeməklər üçün “TAİS İKF” MMC-yə 3 milyon 607 min 935 manat 93 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, “TAİS İKF” MMC 30.06.1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirinov Rafail Məmməd oğludur.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan “TAİS İKF” MMC-nin adı mətbuatda bir-sıra qalmaqallarda hallanıb. Təxminən 3 il əvvəl Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə barədə məlumat yayılıb. Açıqlanan rəsmi məlumatlarda bildirilib ki, 20 nömrəli məktəb-liseyin bufetindən toyuq əti alan uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Hadisə ilə bağlı 12 aprel tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən açıqlama verilib.
Açıqlamada qeyd olunub ki, aprelin 6-da sözügedən məktəbin müxtəlif siniflərində təhsil alan 7 şagird məktəbin yeməkxanasında xidmət göstərən “TAİS İKF” MMC tərəfindən satışı həyata keçirilən toyuğun qızardılmış döş əti (nagets), 1 şagird isə dönər (şaurma) qəbul edib. Qeyd olunan hadisə ilə bağlı 20 nömrəli tam orta məktəbdə keçirilən yoxlama zamanı “TAİS İKF” MMC-nin yeməkxanada icarə müqaviləsi əsasında fəaliyyət göstərdiyi, adıçəkilən qidaların məktəbə həmin şirkət tərəfindən hazır şəkildə termobokslara yığılaraq gətirildiyi məlum olub.



Xəbərin oxunma sayı : 406




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap